9 sonuçtan 1 ile 9 arası

Azərbaycanda "kişi" anlayışı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Azərbaycanda "kişi" anlayışı

    Deyirlər ki, kişilər hamısı eynidir ancaq gəlin bu məsəli bizim azərbaycanlı kişilərə aid etməyək çünki Azərbaycan kişiləri xüsusi seçilirlər. Bizlərdə kişi anlayışı mühim rol oynayır. Kişi evin dirəyidir. Hər zaman son sözü kişi deyir və qərarlarıda o qəbul etməyə məcburdur. Əsk halda qərar qəbul etməyi bacarmayan kişi əsl kişi hesab olunmaz. Bir azərbaycanlı kişisi ailəsinə, ailəsi daxili qadınların namusunu qorumağa məcburdur. Əks təqdirdə atılan hər səhv addım kişinin namusu ilə əlaqələndirilir. Namuslu kişilərin hörməti hər zaman saxlanılır ancaq onu qoruyub saxlaya bilməyən kişilərə isə hörmət edilmir. Gəlin məsələyə birdə başqa tərəfdən baxaq. Bəs qızları bu yola sövq edən kimlərdir?
    Bütün kişilərə aid etmək haqqsızlıq olardı. Ancaq qızlara yalan vədlər verib yarı yolda qoyan yaxudda qızları pis yola sövq edən bəzi kişilərin heçmi günahı yoxdur? Başqalarının namusunu ləkələməkdən çəkinməyən kişilər heçmi ailəsində bir qadın olduğunu fikirləşməzlər?
    Növbə yad qızlara çatdığında təssüf ki, çox kişilər bunu unudarlar.
    Azərbaycanda kişinin sözünü iki etmək olmaz. Hətta fikir ayrılığı yaşansa belə sonda kişinin fikri üstün tutulur. Sözdə isə hər zaman belə deyirik: " O axı kişidir ". Kişisənsə demək ki, artıq bir addım öndəsən. Sənin fikrilərin hər zaman keçərlidir. Dünyagörüşlü, qadınının fikirlərinə hörmətlə yanaşan, məsləhətləşən kişilərimizdə var ancaq çox kişilər məsləhəti sevmirlər. Çünki əgər sən bir azərbaycanlı kişisisənsə artıq qərarını özün verməyi bacarmalısan deməkdir. Sən sadəcə verdiyin qərarları bölüşə bilərsən.
    Kişilər çox zaman bunu etiraf etməslərdə qızların davranışlarına, hərəkətlərinə son dərəcə diqqət edirlər. Hər kişi evlənəcəyi qızın namuslu olmasına diqqət yetirir. Digər qızlara isə sözdə xoş sözlər söyləyərlər. Qızların çoxu ağı- qaradan ayıra bilmədikləri üçün onlara ciddi yanaşıldığını düşünərlər ancaq bu xoş davranış qarşı tərəfdən istədiyini alana kimidir. Ondan sonra isə hər şey dəyişər.
    Biz azərbaycanlı kişisi üçün oğlan övladının dünyaya gəlməsi çox vacibdir. Hətta çox kişilərin oğullları olmur deyə ailədə mübahisə yarada bilərlər, dava sala bilərlər, qadınlarını günahkar hesab edə bilərlər. Qız övladını böyütmək və onun problemləri ilə məşğul olmaq kişilər üçün çox ağır görünür. Oğlanlar hər məsələdə daima özlərini qoruya bilən varlıqlar olduqları üçün hər kişi oğlunun olmasını, nəslin davamçılarının kişilərin çoxluq təşkil etməsini istəyərlər.


    [b]Gəlin onuda unutmayaq ki, bizim ölkənin kişiləri namuslu, ən ailəcanlı, ən əməksevər kişilərdir. Çox kişilər qadınlarının əziyyət çəkməsinə göz yuma bilməzlər. Digər ölkələrdə olduğu kimi ailədə soyuqqanlıq və hər kəsin özü qazanıb özü yaşasın prinspi yaşanmaz.Məhz buna görədə azərbaycanlı kişilər digər ölkələrin kişilərindən daima bir addım öndədirlər.[/b]
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Azərbaycanda "kişi" anlayışı

    ay sağ ol eee emin əla mövzudu
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Azərbaycanda "kişi" anlayışı

    beh beh deme deme

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Azərbaycanda "kişi" anlayışı

    Heyif deyil rus milleti?istedikleri vaxt kishini doyub kucede saxlaya bilirler.huquq onlarda qadinlardadi.tesevvur edirem Azerbaycanda huquq qadinda olsaydi neler bash vererdi,

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Azərbaycanda "kişi" anlayışı

    Məncə hər bir kadın qız öz namusunu ilk öncə özünə görə qorumalidı.Atasına qardaşına ya da erinə görə yox.Özünə görə..Əyər özünə görə qoruya bilmirsə kimdənsə qorub və ya cəkinib qoruya bilməz.Tərbiyəssizlik etmək istəyəni sandıqda saxlasan bele yene edəcək.Yolunu tapacaq.Ay kişilər Azəri qizlari kadinlarinin 99% özləri cox tərbiyəlidilər namusludular.
    mövzuya göre teşekürlər
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Azərbaycanda "kişi" anlayışı

    cox sag olun
    [

  7. #7
    Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    45

    Re: Azərbaycanda "kişi" anlayışı

    AZERBAYCANDA KISHIYE HER SHEY ICAZE VERILIR HER SHEY BAGISHLANIR KISHININ SEHVI SEHV SAYILMIR BIR SOZLE AZERBAYCANDA KISHI ANLAYISHINI QEYRI-MEHDUD HAKIMIYYETE MALIK MONARXA BENZEDIREM

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Azərbaycanda "kişi" anlayışı

    Tesekkurler cox maraqli ve aktual movzudu...
    Damlayla sonuna kimi raziyam qadin ilk once ozunu dusunmelidi
    1 sey de diqqetimi cekdi bu movzuda...

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Kişilər çox zaman bunu etiraf etməslərdə qızların davranışlarına, hərəkətlərinə son dərəcə diqqət edirlər. Hər kişi evlənəcəyi qızın namuslu olmasına diqqət yetirir. Digər qızlara isə sözdə xoş sözlər söyləyərlər
    Bu heqiqeten de beledi.Bunu 2-3 cumleyle izah etmek qeyri mumkundu.sadece bir seyi deqiq bilirem ki siz cox qeribe ve müəammalı varliqlarsiniz
    ...

  9. #9
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Azərbaycanda "kişi" anlayışı

    çox teessüf ki, Azerbaycan cemiyyetinde mental düşünce rasyonal düşünceden önde gelir, çoxları sosial meselelere cemiyyetden çekinerek - mentaliteti esas tutaraq yanaşır, bütün bu çetinlikler bundan ireli gelir. Sadece rasyonal düşünceye yer verilse (ağıla esaslanan-mentiqi düşünce terzi), egosentrik hissleri içlerinden atmağa çalışsalar, qadınlar ve kişiler ister aile daxilinde, isterse sosial mühitde beraberhüquqlu dialoqlar sayesinde bir-birini anlarlar.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.