2 sonuçtan 1 ile 2 arası

Bir qətilin iki qatili...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bir qətilin iki qatili...

    "O gün çox isti idi.Həmişəkindən də isti.Göydən od yağırdı sanki...
    Bir kişi bir qız uşağı...Qızcığazın iki yaşı olar bəlkə də.
    Bir məchulluğa doğru gedirlər.Atası qızının əlindən tutub dartır.Qızcığazın əlləri ağrıyır, ürkək baxışlarla atasına baxır.Görəsən atası onu hara aparır.
    Axşam anası çox ağlamışdı,niyə görəsən?Hər dəfə hıçqırıq səsinə oyananda anası ona şəfqətlə baxıb oxşamışdı yaşlı gözləri ilə.
    Getdilər,getdilər.Nəhayət kimsəsiz bir yerə çatdılar.Qız atasından ayrılıb ətrafdakı daşlarla oynayırdı,atası isə tələsik bir çuxur qazmağa başladı.Zavallı qızcığaz nə baş verəcəyindən xəbərsiz idi.
    Ata artıq xeyli qazmışdı.Balaca qız maraqla çuxurun yanına gəldi.Onlar göz-gözə gəldilər.Ancaq ata tez gözünü çəkdi.Bu körpə və məsum gözlərə baxmağa cəsarəti yox idi çünki...
    Adətlər belə tələb edirdi.Mərhəmətə yer yox idi bu adətlərədə.O,bu işi qızı yeni doğulanda etməli idi.Amma o zaman bunu edə bilmədiyinə görə.İki ildir ki,dostları onun üzünə baxmır.Qohumlarının yanında da başı aşağı olub.
    İndi isə baxa bilmir qızının gözlərinə.Bir az geciksə,bəlkə də əli soyuya bilərdi.Odur ki,işi bitirib tez qayıtmalı idi daşürəkli dostlarını yanına.
    Qızının əlindən tutub,bir göz qırpımında çuxurun içinə atdı.Sonra da tələsik üstünü torpaqla örtməyə başladı.Qızcığaz birtərəfdən ağlayır,bir tərəfdən də "ata,ata" deyib çuxurdan çıxmağa çalışırdı.Ancaq bacarmırdı.Bir azdan qızcığazın səsi kəsildi.Günahı qız doğulmaq idi onun!"
    Olmuş bir hadisəni hekayəyə çevirib sizə çatdırmaq istədim.Düzdü bu keçmişdə olub ancaq bu gün də baş verir.Bəlkə də bir az başqa cür,ancaq hər gün xəstəxanalarımızda, doğum evlərində,qadın məsləhətxanalarımızda bu cinayət yaşanır.Bu hekayədə ananın gözü yaşlı qalır,cinayəti ata həyata keçirir.Lakin bizim zamanəmizdə ana özü yaşamaq üçün yaradılan övladının qatilinə çevrilib.
    Cahiliyyət dövrünün insanları idi ki,qız uşqğını doğulandan sonra diri-diri basdırırdılar.Ancaq körpəsini ana bətnində öldürən qadınlar da o dövrün insanlarından heç də geri qalmırlar.
    O dövrdə də ultra səs müayinəsi olsaydı elə onlar da uşağı ana bətnində öldürərdilər.Onlar İslam dini gəldikdən sonra bu əməldən əl çəkdilər.Lakin zamanəmizdə müsəlman xanımlar məsum körpələrin canına qəsd edirlər.Bu əməl həm günah,həm də cinayətdir.Elə bir cinayətdir ki,bir qətli iki qatil törədir.Biri ana,digəri isə həkim.Dövlət onları bu cinayətə görə cəzalandırmasa da,aləmlərin Rəbbi bu əməl görə hər iki qatili cəzlandıracaq.Ananı və həkimi.

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bir qətilin iki qatili...

    Menden olsa deyerem ki gedirler ee qiz di ya oglan hemen aparati yox etsinler.qanun cixsin ki baxmaq olmaz qadagandir.cunki gorurler qizdir hemen an ele icerdece oldurler gunahlari her ikisin boynuna yazilir .onlarda bir canli oldurur ama hec kim heps edilmir.o nece anadir ki oz ovladini dunyaya gelemden oldurdur.insanlar var ki o ovladlara hesretdir ama nankorlar var zakazla oglan isteyir..nehlet ele bir insanlara
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.