2 sonuçtan 1 ile 2 arası

Masa arxası nəzakət qaydaları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Masa arxası nəzakət qaydaları

    - Yemək yeyərək çörəyi bıçaqla kəsmək və ya böyük tikədən bir-başa dişləmək olmaz, çörək əllə balaca, xırda tikələrə qırılaraq yeyilir.
    - Qəlyanaltılar çörəyin üzərinə qoyulmur, pendir, kolbasa və digər qəlyanaltılar bıçaq və çəngəllə yeyilir.
    - Paşteti çəngəllə səliqəli ayırıb yemək lazımdır, qətiyyən çörəyin üzərinə çəkməməli.
    - Yemək zamanı şorba olan boşqabı əymək olmaz, əgər içindəkini qaşıqla götürmək olmursa, elə boşqabın içində də saxlamaq lazımdır.
    - Yeməkdən sonra qaşığı masanın üstünə deyil, boşqabın içinə qoyurlar.
    - Kasalarda verilən şorbalar elə kasalardan da içilir, qaşıq isə içində olan, məsələn yumurta və ya qızardılmış çörək tikələrini (qrenki) götürmək üçün lazımdır.
    - Balıq çəngəllə yeyilir, bıçaq yalnız marinada qoyulmuş siyənək balığı (selyodka) yeyildikdə lazım ola bilər.
    - Bəzən balığın yanında çəngəl və tıx, qılçıqları ayırmaq üçün xüsusi kürəkcik (lopatka) da verilir, bu halda çəngəl sol, kürəkcik isə - sağ ələ götürülür. Yox əgər masaya iki çəngəl qoyulmuşsa, onda biri yemək, o birsi isə tıxların təmizlənməsi üçün istifadə olunur.
    - Əgər balıq boşqabda bütöv verilibsə, onda birinci qabırğa tərəfindəki file, sonra onurğa, daha sonra isə qalan hissələri ayırılır.
    - Dəniz məhsulları, xüsusən də molyusklar, əllə yeyilə bilərlər, ancaq əgər onlar xüsusi hazırlanıblarsa – xüsusi yemək dəsti də verilir, məsələn, xüsusi qayçı (şipsı).
    - Masaya qınsız yengəc (krab) verilirsə, onu yemək dəstindən istifadə edərək yemək olar, ancaq bütöv verildikdə əllə yemək daha rahatdır: bir əllə başını tutub, o biri ilə quyruğunu bir-balaca bükərək qını sındırıb içindəki əti çox rahat çıxartmaq olar.
    - Almalar bıçaqla dörd hissəyə bölünür, hər biri çəngələ taxılıb qabığından təmizlənəndən sonra xırda dilimlərə doğranılır.


    NUS OLSUN..........
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Masa arxası nəzakət qaydaları

    maraqli idi lazim olacaq
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.