Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Manat ucuzlaşıb

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Manat ucuzlaşıb


    Ötən ilin dekabrında Azərbaycanın milli valyutası dollara nisbətən ucuzlaşsa da, digər dünya valyutalarına, o cümlədən avro və funt sterlinqə nisbətən bahalaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb.

    2009-cu ilin noyabr ayında bahalaşmasına rəğmən dekabrda manat ABŞ dollarına nisbətən 0,1% ucuzlaşıb. Ay ərzində 1 ABŞ dolları 0,8025 manatdan 0,8031 manata yüksəlib. Ümumilikdə il ərzində milli valyutamız ABŞ dollarına nisbətən 0,2% qiymətdən düşüb.

    Manat ötən ay dollardan fərqli olaraq avroya nisbətən bahalaşıb. Dekabr ayı ərzində manat bu valyutaya nisbətən 5,2% yüksəlib. Ay ərzində 1 avro 1,2130-dan 1,1499 manata kimi ucuzlaşıb. İl ərzində isə manat avroya nisbətən 3,4% ucuzlaşıb.

    Manatın bahalaşdığı digər valyuta funt sterlinq olub. Dekabr ayı ərzində manat bu valyutaya nisbətən 4,6% bahalaşıb. Ancaq 2009-cu ildə manat Britaniya puluna nisbətən 10% ucuzlaşıb.

    Rus rublu manata nisbətən dekabrda 4,7%, il ərzində isə 3,3% ucuzlaşıb. İlin əvvəlində 1 rublun məzənnəsi 0,0275 manatdan ilin sonuna 0,0266 manata kimi dəyərsizləşib.

    Dekabrda Yapon yenası da manata nisbətən ucuzlaşan valyutalar sırasında olub. İlin sonuncu ayında “gündoğar” ölkənin valyutası 6,3% ucuzlaşıb. Ay ərzində 100 Yapon yenası 0,9298 manatdan 0,8713 manata enib./

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.