Allah kerimdi insallah dualarimiz qebul olunar.
Bu il Qarabağ problemi ətrafında yaşanan çoxsaylı gərginliklərlə yadda qaldı. Lakin torpaqlarımızın qaytarılması istiqamətində heç nə əldə edilmədi. Bəs 2010-cu il Qarabağa nə vəd edir? Sualla bir neçə ekspertə müraciət etdik.
Politoloq Qabil Hüseynli öncə 2009-un bəzi yekunları haqda danışdı. Bildirdi ki, bu il intensiv danışıqlar getdi, prezidentlər altı dəfə görüşdü, həmsədr dövlətlər prosesə daha fəal müdaxilə etdilər: “Rusiya qaz müqabilində Dağlıq Qarabağa kömək adı altında müəyyən səylər göstərdi. Moskva və Bakı bəyannamələri imzalandı. Bu sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində həlli əks olunub. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nə işğal altındakı beş rayonun qaytarılması, nə də böyük sülh sazişinin baza prinsiplərini razılaşdırmaq mümkün oldu. Aparılan intensiv danışıqlar nəticəsiz qaldı”.
Politoloqa görə, indiki baza prinsipləri nikbin olmağa imkan vermir: “Rusiya, Fransa və Amerikanın Ermənistana ciddi təzyiqləri olmasa, İrəvan ərköyünlüyünü yenə davam etdirəcək. Mən növbəti ildə Ermənistanın və böyük güclərin prosesdə lazımi siyasi iradə ortaya qoyacaqlarına o qədər də bel bağlamıram. Çünki həmin güclər Qarabağ problemi ilə bağlı ikili standartlardan və xristian təəssübkeşliyindən əl çəkməyiblər. Danışıqlar prosesində ciddi uğurların olacağını söyləməkdə çətinlik çəkirəm”.
Politoloq Zəfər Quliyevə görə, 2009-cu il başa çatsa da, siyasi mərhələ hələ bitməyib: “2008-in payızında Gürcüstan olayları, eləcə də Türkiyənin regionda ortaya qoyduğu təşəbbüslər çərçivəsində başlayan futbol diplomatiyası və Qarabağ məsələsinin aktuallaşması yeni mərhələnin başlanğıcı idi. Sonluqla bağlı dəqiq proqnoz vermək çətindir. Lakin əvvəlki illərlə müqayisədə 2009-cu ilidə yeni tendensiyalar mövcud idi. Danışıqlar prosesi intensivləşdi. Prezidentlərin altı görüşü oldu. Bu görüşlər 2010-cu ildə də davam etdirilməlidir. Ortada keyfiyyət baxımından nəticə olmasa belə, danışıqlar daha ciddi və məsuliyyətli atmosferdə keçir. Bu isə Türkiyə - Ermənistan dialoqu, Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqaza artan marağı ilə bağlıdır. Qərb Cənubi Qafqazdakı konfliktləri həll etmək marağındadır. Bu region ABŞ və Avropa dövlətləri üçün önəmli dəhlizdir. Bu dəhlizdən stabil istifadə etmək və ciddi təhlükəsizlik sistemi yaratmaq üçün Qərb Türkiyə - Emənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına səy göstərir. İlin sonuna yaxın da ümid yaranmışdı ki, Qarabağ məsələsi ilə Türkiyə-Ermənistan dialoqu paralel müzakirə olunacaq. Bu məsələ ilə bağlı Ermənistana təzyiqlərin artdığı görünür. Hətta Rusiya da Qarabağ məsələsində Fransa və Amerika ilə həmrəylik nümayiş etdirir. Rusiya və ABŞ ekspertləri Qarabağ məsələsinin həlli ilə bağlı optimist rəylər verirlər. Azərbaycanın rəsmi dairələri, hətta prezident də deyir ki, 2009-u uğurlu hesab etmək olar. Onu da vurğulayırlar ki, daha ciddi nəticələr gözləyiblər".
Lakin politoloq problemin həllində real nəticələrin əldə edilmədiyi qənaətindədir: “Riskli və dinamik proseslər gedir. Prosesləri paralel aparmaq daha çətindir. Türkiyə-Ermənistan dialoqunda hər bir uğursuzluq Qarabağ məsələsinin həllinə təsir edə bilər. Eləcə də əksinə. Bu çətinliklərə baxmayaraq iki prosesə cəlb olunan Azərbaycan, Türkiyə və Ermənistan rəsmi dairələrində nəyəsə nail olmaq üçün real istək var. Eyni zamanda prosesə kuratorluq edən xarici qüvvələr hələlik razılaşdırılmış mövqedən çıxış edirlər. Həm geosiyasi cəhətdən əlverişli mövqe, həm də nəyəsə nail olmaq üçün real imkanlar yaranıb. Proseslər o qədər incə və mürəkkəbdir ki, regionda baş verən ciddi hadisə və həmsədr ölkələr arasında maraqların toqquşması prosesləri dondura bilər. Ona görə dəqiq proqnozlar vermək çətindir. Amma real ümidlər var”.
Allah kerimdi insallah dualarimiz qebul olunar.
[
usaqliqdan deyirik Novruz bayramini Qarabagda Susada qeyd edek..Helede dua edirik..Insallah bir gun Qebul olar dualarimiz.Amin
[
inşallah
çox sağolun
2004-2006 di bu illerde deqiq yadimda deyil Lider kanalinda bir siyasetciye sual verdiler oda cavabinda: Men uzagi 2007 ci ile kimi Qarabag meselesinin muharibesiz,danisiqlar yolu ile hell olacagina tam eminem demisdi Mende ondada inanmamisdim indide 2010 da hell olacaq deyenlere inanmiram. Vaxt udmaq ucun oyunlardi.... Eh Qarabag Seni Birde Goreceyimize hec umudum YoX.!
inşallah yaxşı olarDeli_UREK Nickli Üyeden Alıntı
qadası nağaranı nece çalırlarsa bizde o havaya oynamalıyıq
İşte dünya atlası Karabağ Türk bitmiştir
AGİT de kararın da bunu tasdik etmiştir
Ermeni vatanımı resmen gaspa gitmiştir
Kainatın önünde benim alnım ak artık
Ya Karabağ ya ölüm başka yolu yok artık
Azarbaycan bir gözdür Karabağ da bebeği
Yani Azarbaycanın tam ortası göbeği
Gözümemi göz dikti bu ermeni köpeği
Bu köpek senin dünya kapımızdan çek artık
Ya Karabağ ya ölüm başka yolu yok artık
Oğuzam
Türk menem…
Bayatlardan Türkmenem…
Damarlarındaki asil kan
Aslına çektiğin ırk menem…
Yer imleri