Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

20 il sonra Azərbaycanım

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    20 il sonra Azərbaycanım

    Əlimə keçən gün bir kitab keçdi ata, sənin gəncliyindən qalan.Biz Bakıya köcməzdən əvvəlki yaşadığımız yerin adı Qarabağ imiş. Niyə indi ora ermənistana aiddir. 1918-ci ildən sonra necə onlarla qardaş kimi yaşıya bildinizki sonrada başınıza bu müsibətlər gəlsin


    Ata o kitabda M.Ə.Rəsulzadə deyə birindən də bəhs etmişdin. O hər kimdisə o gün bir nitqin eşitdim, mən indi bu uşaq ağlımla onun nə nəzərdə tutduğunu başa düşərkən, sizin gəncliyiniz Bu qədərmi cahil idi ki o xəbərdarlıqları nəzərə almamısınız.??


    Ata Azərbaycan NƏ deməkdi? Biz Türk uşağı deyilikmi? Soyumuz müəyyən deyilmi bizim? Bizdə türk sayılmırıqmı??
    O kitabda oxumuşdum 'Nə xoşbəxt Türkəm deyənə' yazırdı. Yaxşı, ata mən niyə Xoşbəxt deyiləm? Türkəm demək günahdısa və pis bir şeydisə siz əvvəllər niyə belə deyərdiniz?
    Niyə əvvəlki İran körfəzinə kimi uzanan ölkəmizin 1/5-ne Azərbaycan deyirik?


    Qarabağda o qədər şəhid vermisiniz.Ata madam bu vətəndən
    Bu qədər asan imtina edəcəkdinizsə niyə o qədər şəhid verdiniz?


    Heçmi kitab oxumadınız? Heçmi sizi xəbərdar edən olmadı, heçmi
    görə bilmədiniz ölkəmizlə oynanıldığını? əgər görüb və hissiyatsız evinizdə oturdunuzsa sizin O xainlərdən NƏ fərqiniz qaldı? Allahın hüzururuna hansı üzlə çıxacaqsınız ata. 'Vətən Sevgisi imandandır' deyə bir hədis varkən deyək ki Türklüyünüzdən imtina etdiniz Heç olmasa İslamın əmrinə uyğun gəlsəydiniz.


    Ata sən müstəqil olan Azərbaycanı gördün. Niyə o vaxt haqsızlıqlara göz yumdunuz. Təəssüflər olsun ata sizin gəncliyinizə!

    Bu günləri görəcəyimə heç doğulmasaydım ata. Türklüyünüzdən
    utanmadınız heç olmazsa insanlığınızdan utansaydınız ata. Bu vətən göz görə görə altınızdan Sürüşərkən heç Olmazsa ŞƏRƏFİNİZLƏ ÖLƏ BİLMƏDİNİZMİ?

    P.S Xeberin cox hissəsi özümə aiddir.
    20 il sonra övladlarımız bunları bizdən soruşsa nə deyəciyik??

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.