Azərbaycan Dili

Dünyanın ən qədim relikviyası.

Dil millətin tarixinin əsas nəticəsi, mədəniyyətinin birinci amili, ləyaqətinin
göstəricisidir. Dil – müqqəddəs milli sərvətdir.
Şimal buzlu okeanından Misirə, Mesopotamiyadan Böyük Çin səddinə, Sakit okeandan Qərbi Avropaya qədər üç qitənin min illər ərzində sakinləri və sahibləri olan türklər dünyanın və tarixin supermilləti, 110 dövlətçilik, o cümlədən 15 imperiya yaratmış türk xalqları sumer (şumer)dən başlayan dünya mədəniyyətinin, müxtəlif ləhcələrdə böyük türk dilinin yaradıcısı olublar.

Burada mən Azərbaycan türk xalqının azərtürk dili barədə qısa şəkildə mütəxəssislər üçün yeni məlumatı verməyə çalışacağam. Azərtürk dünya tarixinin ən qədim, sumer əsaslı dili, öz qrammatikasına görə dünyada ən təkmil, fonetik ahənginə gorə – qeyri-adi gözəlliyə malik dildir. Azərtürk dilinin misilsiz, fenomenal xüsusiyyətləri əyani göstərir ki, dil peyda olaraq təbii surətdə inkişaf edən, zaman, zəhmət və qeyrət amilləri sayəsində təkmilləşən, canlı orqanizmə bənzər bir varlıqdır. O, əvəzolunmazdır süni üsulla hər şeyi «təkmilləşdirmək» olsa da, dildə bu, mümkün deyil. Dili «düzəltmək» - emallı mebeli balta ilə yonub «hamarlamaq» kimi bir əməldir.
Dilə əl qaldıran alimdirsə – kəmsavaddır, hökumətdirsə – düşməndir.

***
Mən üç dili mütəxəssis səviyyəsində bilirəm. Daha dəqiq desək, azər (türk dilləri qrupu), rus (slavyan qrupu) dillərini yazıçı səviyyəsində, alman (roman-german qrupu) dilini isə mühazirəçi səviyyəsində mənimsəmişəm. Bir neçə digər dillə də tanışam. Əlavə olaraq mütəxəssislərlə məsləhətləşmişəm. Qənaətim belədir: azər – türk dili ilə, ilk növbədə onun qrammatikasının təkmilliyinə görə, hansısa bir dil – istər ölü, istər diri – müqayisə edilə bilmir.
Uzun zaman İsfahanda yaşamış avropalı tədqiqatçı Rafael Dü Man yazıb: «Yunan və latına bəzən qanundan kənara çıxmaq xasdırsa, türk dilində hər şey vahid qaydalara tabedir».
Azərtürk dilində hər qrammatik qanun üçün yalnız bir hal, bir qayda var və hansısa digər xüsusi hal, istisna yoxdur. Bu, fenomendir! Bunu biz dünyaya bildirməliyik! Bunu, məsələn, Avropa filoloqu başa düşər, amma buna inanmaz. Axı bu, idealın özü deməkdir!
Azərtürk dilinin leksikasının zənginliyi, birmənalılığı, fonetikasının incəliyi, morfologiyasının musiqiliyi də (ahəng qanunu, incə saitlərin italyan dilindəkindən də çox olması, samitlərin ikiləşmə, üçləşmə hallarının yox dərəcəsində olması və s.) fenomenaldır, təkrarolunmazdır!
Dilin qədimliyinin bir əlaməti də çox işlənən, həyatı, yəni ən qədim dövrdən məlum olan istilahların, sözlərin birhecalı olmasıdır. Azərtürk dili bu xüsusiyyət üzrə də misilsizdir – ən çox işlənən adi, həyati sözlərin böyük miqdarı birhecalıdır. Bu əlamət həm də dilin təkmilliyi və səmərəliliyi amilidir. Misallar gətirək.
Bədən hissələri: əl, üz, göz, qaş, diş, qol, qıç, diz, baş, tük, saç, can, yan, bel, döş, bud...
Digər həyatı sözlər: gün, ay, güc, yaz, yay, qış, il, əsr, yaş, at, nal, it, yal, quş, gül, daş, su, qar, buz, od, ot, süd, ət, mət, duz, düz, dərd, qəm, cəm, yol, yel, yer, yem, iş, güc, şah, tac, saz, qaz, biz, siz, bel, ox, tox, hə, yox və i.a.
Fellərin əmr forması: gəl, get, al, ver, yaz, poz, üz, cır, at, yat, tap, qap, bas, təb, çap, qaç, dart, yırt, sal, qal, ört, aç, süz, düz, tut, çap, qaç, qur, eş, deş, əz, biç, tik, çək, yar, səp və i.a.
Bu faktı mən sumerlərin hamıdan əvvəl dünyaya gəlmələri, ilk dili yaratmaqları ilə izah edirəm və Tanrıdan onlara əbədi rəhmət diləyirəm. Heç bir əcdad öz nəvələrinə bu qədər qiymətli və əbədi sərvət qoyub getməyib. Bunu biz fəxrlə hamıya bildirməliyik.
Bu təkmillik, qanunauyğunluq, incəlik necə, nəyin sayəsində yaranıb? Zamanın, istedadın, zəhmətin? Yəqin, hər üçünün. Amma dil üçün əsas amil zamandır.
Tarix elminə məlum olan ən qədim yazılı (!) mədəniyyət abidələri sumerlərə məxsusdur. Onlar 10 - 12 min il bundan əvvəl gil lövhəçiklərdə, bəşərin ilk - mixi əlifbası ilə öz kitablarını yazıb, qoyub gediblər.
Sumer mədəniyyətini öyrənənlər, sumeroloqlar onillərlə, ənənəvi surətdə yəhudi millətinin nümayəndələri olublar. Onların əsas məqsədləri sumerlərin semit xalqlarının əcdadı olduğunu sübuta yetirmək olub. «Sumer» sözünün «Şumer» - ə çevrilməsi də onların səhvidir (yəhudilər «s» əvəzinə «ş» deyirlər). Gəlin bu gündən klassik «şumeroloq»-ların səhvini düzəldək: «şumer» əvəzinə sumer deyilməlidir. Sonralar bu sahəyə digər millətlərin alimləri də gəldi və həqiqət açılmağa başladı.
Sumer dili barədə alman alimi Q. Vinkler yazır: «Dünyanın bu birinci dili haqda bizdə ilk rəy yaranıb. Bu dil öz əsas əlamətlərinə görə türk dillərinə uyğun gəlir və semit dillərindən tamamilə fərqlidır».
Fransız alimi E. Reklu: «Mixi yazı dilində İran və semit dillərinə uyğun xətlər qətiyyən yoxdur, əksinə, Turan və Ural-Altay dilləri ilə qohumluq var».
Rus alimi L.Reder: «Şumer dili xüsusi bir dildir... Öz qohumluğuna ğörə o, hər şeydən artıq türk dilləri ilə müqayisə edilə bilər».
Nəhayət, keçən əsrin axırlarında sumerologiyaya azərtürk də gəldi. İndi ABŞ-da yaşayan biofizik, professor Tariyel Vəli Nüvədili etnoqrafiya, sumerologiya ilə dərindən maraqlanaraq bu sahəyə uzun illər sərf edib. O, yüzlərlə dil lövhəciklərindəki mixi sumer yazıları üzərində apardığı tədqiqat sahəsində tam şəksiz, təkzibedilməz nəticəyə gəlib.
Professor Nüvədilinin ABŞ-da nəşr etdirdiyi «Əcdad» adlı fundamental kitabı haqda bu yazıda geniş məlumat verməyə imkanımız yoxdur. Mən yalnız 100 əsr (!) ərzində qətiyyən dəyişməmiş bəzi sumer-azərtürk sözlərini misal gətirirəm: baba, nənə, gen, uzun, arpa, saman, su, horra, qarış, kəllə, bəri, qullab, ən, kür... Azca dəyişmiş sözlər: ada (ata), ama (ana), tibir (dəmir), qaş (quş), uç (üç), tuş (düş) və s.
Sumer yazılı abidələrindən isə yalnız bir nümunə gətirək. İstanbulda, Qədim Şərq yaradıcılığı muzeyində bir sumer heykəlciyinin aşağı yarısı saxlanılır. Məlum olub ki, Parisin Luvr muzeyində saxlanılan yarım heykəlcik onun yuxarı yarısıdır. Hər iki parçanın şəkillərini birləşdirərək professor Nüvədili heykəlcikdə həkk edilmiş mixi yazının tam mətnini oxudu. Qeyd edək ki, bu heykəlcik 6 min il bundan əvvəl yaşamış sumer hökmdarı Şulqanın dövrünə aiddir.
Heykəlcikdə əlində piyalə bir kişi təsvir edilir. İnsan fiqurunun arxa tərəfində isə bir it başı həkk edilib. Heykəlciyin üstünə mixi hərflərlə sumer dilində yazılıb:

İç əlümdümü ki, a(ğ)lın kirşu qalu?
Qalanu şu (ö)lgin itə yala qalu
Gəl uri ki, mal gəliki
Ən çiki urigen
Am tilənisə amuna aru

Mətnin azərtürk «tərcümə»si:

Əlimin içidimi ki, a(ğ)lın qırışı qalı
Qalanı bu (ö)lü itə yala qalı,
Gəl ver ki, mal gələr
Ən kiçiyi verginən,
Hamı dilənirsə, hamının ardınca get.

Bəli, sumer mətni – bizim bugünkü azərtürk dilimizdir! Amma təbii ki – 6000 il ərzində müəyyən qədər dəyişikliyə uğrayıb.
Buradan aydın görünür ki, şəksiz olaraq sumer dili – türk dilinin, daha dəqiq – müasir azərtürk dilinin əcdadıdır.
Bu kəşfdir, böyük kəşf! Müəllifi Tarıyel Nüvədili – azərtürkdür. Professor Nüvədili millətə müraciətlə yazır: «Əsəbiləşmə, hirslənmə. Sakitcə işlə və əgər sən bu gün daş dastanları asan yayıla bilən kağız dastanlara tərcümə eləsən, onda ayağa qalxan ölməz həqiqət özü hər şeyi deyəcək».
Tanınmış filoloq İsmayıl Vəliyev sumer dastanı «Bilqamıs»ı azərtürk dilinə tərcümə edib.
Beləliklə, sumer dilinin türk dillərinin əcdadı olduğunu onların leksikası, qrammatikası bilavasitə sübut edirsə, bunu indiki azərtürk dilinin görünməmiş təkmilliyi, əlavə olaraq, dolayısı yolla təsdiq edir.
Dilin təkamülündə ikinci böyük amil dövlətçilik olur. Azər xalqına və ümumiyyətlə türk millətinə «yer tapmayan», onların haradan və nə vaxt gəlmələri «problemləri» üzərində baş sındıran, uydurma «əsərlər» yazan, ermənilərin və onların muzdlu xidmətçilərinin siçovul «zəhməti» hədərdir.
Məsələn, erməni ideologiyasını Azərbaycanda yaymaq «problemi»ni həll eləyənlər sübut etməyə çalışırlar ki, osmanlı türkləri və azərtürklər başqa-başqa millətlərdir, Cənubi və Şimali azərbaycanlılar da iki müxtəlif millətlərdir, «Ermənistan» erməniləri isə nə azəridirlər, nə türk – onlar da bir başqa millətdirlər.
Beləcə çaqqal fili yemək üçün istəyir ki, onu şir pələng parçalara ayırsın – Amerika və Avropanın beyninə türkü parçalara ayırmaq «ideyası»nı yeritməyə çalışır.
Türklər göydən gəlməyiblər, hərçənd göy türklər də olub, burada, həmin bu Yer planetində, onların imperiyasının sahəsi 10,5 milyon kvadrat kilometrə bərabər olub! Gedin tarixi oxuyun.
Türklər supermillətdir və onlarla müqayisə edilə biləcək başqa bir millət yoxdur – bütün müsbət amillərə və cəhətlərə görə.
Elmi, yazılı(!) tarix sumerlərdən başlayır. Bu, o demək deyilmi ki, sumerlər bütün xalqların əcdadıdır? Doğrudur, sumer dilini ən yaxşı saxlayan, sumerin doğması azərtürk xalqıdır və buna görə azərlərin fəxr eləmək haqqı hamıdan çoxdur. Fəqət digər xalqlar da bəşəriyyətin əcdadı sumer-türklə fəxr edə bilər. Macarlar, axır ki dedilər: «Əcdadımız türk-hunlardır və biz bununla fəxr edirik». Sumerdən gələn gözəl «ə» səsimizi saxlamış qardaş macarlar böyük türk hökmdarı Sultan Suleymana abidə ucaltdılar. Norveçlilər və isveçlilər də axır ki, türk əcdadlarına tapındılar, Tur Heyerdalın sayəsində.
Elmə məlumdur ki, rusların da əcdadı isveçlilərdir, deməli ruslar da türk nəslindəndir. Bolqarların da türk tayfası olduğu elmi faktdır. Kürdlər, ukraynalılar, kazaklar, həmçinin, vaxt gələcək, yüksək mədəniyyətli və dərrakəli macar xalqı kimi, hamı öz türk kökünü tanıyacaq, bununla fəxr edəcəkdir. Kənarda qalan, görünür, təkcə cır erməni olacaq.
Azərtürklərə gəlincə, bu xalq da ulu türk millətinin bir qoludur və tarixdə «Kiçik Asiya ilə Qafqaz sıra dağları arasında yerləşən ərazinin sahibi» kimi özlərinə yer tutublar. Azər (aser) adı ilə tarix elminə 6 min il əvvəldən məlum olan bu xalq barədəki bu faktı yazılı skandinav saqasına və öz elmi tədqiqatlarına əsasən əsrimizin böyük alim-səyyahı Tur Heyerdal da təsdiq edib.
İndi Bakıda azərtürk sözlərini anadolu «türk» sözləri ilə əvəz eləməyə başlayıblar.
Əvvəla, qeyd etmək lazımdır ki, indiki anadolu – türk dili bir o qədər də türk dili deyil. Bu dildə «islahat» aparılıb. Kim aparıb? Erməni...
Erməni nə məqsədlə bu işdən yapışıb deyə bilmərəm. Fəqət nəticə yamanlıq olub.
Erməni təhrikçi-«islahatçısı»nın bəhanəsi nə olub? Onun türk beyinlərinə yeritdiyi «ideya» türk dilini ərəb, fars sözlərindən «təmizləmək» olub. Bunun isə yalnız əsassız və faydasız deyil, həm də dilə vurulan ağır zərbə olduğu türkün ağlına gəlməyib. Peyğəmbərimizin, müqəddəs Quranımızın qonşu müsəlman farsın sözlərini (şahların əməlinə görə millət və dil günahkar hesab edilə bilməz!) kənarlaşdırmaq nə verir? Bəlkə bu millətlər kirə istəyirmişlər?
Ərəblər, farslar özləri, bütün digər millətlər həmçinin, başqa dost, hətta düşmən millətlərdən sözlər, qrammatik qaydalar və s. götürür, bundan faydalanırlar. Məsələn, farsların türk dilindən götürdüyü yüzlərlə sözün fars dilində istifadəsinin tədqiqatı barədə Durdanə xanım Rəhimova «Müasir fars dilində azərtürk sözləri» adında 150 səhifəlik tam bir kitab nəşr etdirmişdir.
Rus dilinin lüğət tərkibinin 80 faizə qədəri başqa dillərdən, o cümlədən türk dilindən alınmadır; idman islahatları – ingiliscədən, musiqi – italyancadan, salon-məclis – fransızcadan, texnika-sənaye – almancadan, dəniz – hollandcadan, məişət terminləri – türkcədən və s. götürülüb. Banya, uksus, şuba, sneq, sup, hətta mama, papa rus sözləri deyil. Türk dilindən elə yalnız məşhur rus soyadlarının kökünü təşkil edən 300 sözün şərhinə N.A.Baskakovun 280 səhifəlik kitabı həsr olunub. Buna baxmayaraq hamı rus dilini «böyük dil» adlandırır.
Dilimizə təbii surətdə daxil olmuş, doğmalaşmış, mənalı, nəfis fars və ərəb sözlərini nəyə görə kənarlaşdırmalıyıq? Və onların əvəzinə erməninin uydurduğu, çox halda gülməli (və ağlamalı...) əldəqayırma «sözlər»i dilimizə daxil etmək bizə nə verir? «Çap» sözünü «basım»la, «məcburiyyət»i – «zorunda qalmaq»la, «müzakirəni» «dartışmaq»la əvəz etmək kimə və nəyə lazımdır? Axı «basım», «zor», «dartışma» sözlərinin öz mənaları var. «Müzakirəyə» «dartışma» deyilərsə, bəs «dartışmaya» nə deyirlər? Müzakirə? Siyasət olub «politika», «mədəniyyət» – «kültür» və s.
Bütün bu və minlərlə bu növ əməllər dili çirkləndirməkdən, eybəcərləndirməkdən başqa heç nəyə «xidmət» eləmir.
Bir baxın, eşidin, görün sumer-türkün dilinin misilsiz gözəlliyini erməni necə murdarlayıb: savadlı olub «okuryazar», tənqid – «eleştirmə», tayı (bərabəri) olmayan – eşiyok, həll etmə – «çözmə», bərabər – «eşit», təfsilat – «ayrıntı», xudahafiz – «allahaismarladıq»...
Xeyli miqdarda türk sözü də erməninin «döşünə yatmayıb».
Onları eləyib «avropasayağı». Hətta avropa sayağı (türk) sözünü də fransızlaşdırıb – «alafranqa» («a la franse» demək istəyir). Turşu olub «asit», ev – «apartman», rəssam – «amator», hüquq sözünü atıb, deyir – «haqq». Axı haqqın özünün öz mənası var. Deməli dili «hüquq» sözündən məhrum edib. «Nazir» sözünü eləyib «bakan». «Bakan» isə biz mala deyirik. «Nazir» istilahdır, termindir və bu əlavə söz vacibdir.
«Əvəllcə» sözünü eləyib «öncə». «Əvvəlcə» sözündən əvvəlki, əvvəla, əvvəllər, əvvəl, əvvəlinci, əvvəldə... sözləri alınır, «öncə»dən – alınmır.
Ərəb sözü «məktəb»i eləyib «okul». Həmin ərəbin həmin kökdən gələn «kitab», «məktub» sözlərini isə saxlayıb. Bu hansı məntiqdir? Görünür, erməni «məntiqi».
Müalicə əvəz edilib «kür» sözü ilə. O da düzgün götürülməyib, belə ki, müalicə almanca «kür» yox, «Kur»dur. Kür isə «seçki» deməkdir.
Bəs bizim Kür çayımız necə olacaq? Dünyanın qəbul etdiyi Kür sözümüzün mənası indi nə olsun? Müalicə? Qolbudağı kəsilmiş türk dilinə indi doğrudan da «müalicə» lazımdır.
Atatürk sözü türk dilindən çıxardılıb! Erməninin «yaratdığı» erməni «türkcəsi»ndə ata sozü yoxdur. Ataya deyir «baba». Niyə?
Royala deyir: «Kuyruklu piano». Görəsən erməninin türk dilinə yapışdırdığı guyruq uzun olub, yoxsa özünün kəsilməmiş qulağı?
Beləcə, dili veriblər erməninin qıllı əlinə, ora-burasını kəsib atıb, əvəzinə santexnik səviyyəsində yeni protez dil düzəldib, qoyub türkün ağzına.
Bu əcayib əməli düşünürəm, ürəyim ağrıyır...
Bəs türk ziyalıları, alimləri, mütəxəssisləri nə düşünüblər? Təbii surətdə türk dilinə gəlmiş ərəb, fars və hətta türkün öz sözləri türk ziyalılarının xoşuna gəlməyib, onlar bundan «xəcalət» çəkiblər. Qulaqlı erməninin «yaratdığı» quyruqlu dildən isə xəcalət çəkmirlər. Çəkəcəklər! Sabah ermənilər dünyaya yayacaqlar ki, «barlar türkün heç dilidə yox idi, «türk» dilini biz yaratmışıq!»
Heyif o dilə... Osmanlı türkünün sumerdən gələn 100 əsrlik gözəl və səlis, zəngin və dolğun lisanına – Mahmud Qaşqarlının, Yunis İmrənin, Məhəmməd Füzulinin, Ziya Göyalpın, Rəşad Nurinin, Hüseyn Cavidin, böyük Atatürkün o cazibədar və hökmdar dilinə...
XIX əsrdə azərtürk mütəfəkkir vətənpərvəri Mirzə Fətəli Axundzadənin təklif etdiyi latın əlifbasını Türkiyədə qəbul etmədilər – onu az qala dəyənəklə qarşıladılar. Sonra anladılar, qəbul etdilər.
Mənim türk qardaşlarım! İndi, XXI əsrdə gəlin qoca Saleh Bəyin sözünü eşidin, qəbul edin, qayıdın öz türk dilimizə. Bu çətindir, bilirəm, fəqət, müqəddəs dərəcədə vacibdir və hələ ki, mümkündür. İndi eləməsəniz sonra daha çətin olacaq. Gələcək türk nəsillərinə xəcalət mənbəyi, türk dünyasının birləşməsində və inkişafında isə əbədi əngəl olacaq özgə, erməni-«türk» dilinin qalmasına yol verməyin. Qoy türk millətimiz, bütün türk dünyası öz sumer-türk dili ilə dünya önündə fəxr eləsin! Bu, həm də qardaşınız, 50 milyonluq azərtürk xalqı ilə sizi tam birləşdirər. «Bir millət – iki dil» yaramır, «bir millət – bir dil» olmalıdır. Türk dünyasının birliyi və səadəti vahid dillə başlayacaqdır.
Bizim azərtürk dilmizi də «türkləşdirməyə» başlayıblar: «öncə», «zorunda qalma», «kültür», «basım» və digər sözləri işlədirlər. Bunu edənlər kimlərdir? Öz burnundan o yanı görməyən kəmsavadlar.
Bu əməl təkcə subyektiv insani amillərə görə deyil, həm də obyektiv – siyasi, iqtisadi və coğrafi səbəblərə görə yolverilməzdir. Dilin toxunulmazlığı, ona süni müdaxilənin yolverilməzliyi bu gün azərtürk dilinin timsalında xüsusilə kəskin hal alır. Nəyə görə? Yalnız iki amili qeyd edirəm:
1. Dünyanın ən qədim – sumer dilindən yadigar qalan azərtürk dili, ermənin «yapdığı» «islahat»dan əvvəlki osmanlı-türk dili həmçinin, qeyd etdiyim kimi, öz qrammatikasının mütləq təkmilliyinə görə bütün müasir və qədim dillər içərisində müstəsnadır. Ən qədim, bütün müqəddəslərin hamısından ulu olan bu dünya yadigarını, bəşərin relikviyasını dəyişməyə heç kimin mənəvi ixtiyarı yoxdur, buna heç bir alimin elmi və idrakı çatışmaz. Bu, dilə süni müdaxilə, türk millətinin, bütün bəşəriyyətin çox böyük, ən böyük naliyyətinə, 12 min il yaşamış, inkişaf etmiş, cilalanmış bu canlı dünya sərvətinə qarşı qəsd olardı. Heç bir türk, heç bir vicdanlı insan belə bir qəddar cinayətə yol verə bilməz! Belə qətlə yalnız iblisin əli qalxa bilər.
2. Öz coğrafi vəziyyətinə görə, türk xalqlarının yaşadığı ərazinin ortasında yerləşən, sumer-türk dilinin daşıyıcı-xəzinədarı Azərbaycan öz dili ilə bir tərəfdən Kiçik Asiya, digər tərəfdən isə Orta Asiya və Rusiya türkləri ilə bilavasitə ünsiyyət imkanına malikdir. Odur ki, bütün türk milləti yalnız ən təmiz saxlanmış, ən təkmil türk dilini – azərtürk dilini ümumi ünsiyyət dili kimi istifadə edə bilər. Bu isə türk dünyasının siyasi yaxınlaşması, onun mədəniyyətinin və iqtisadiyyatının gələcək inkişafı üçün çox vacib, bəlkə də birinci dərəcəli amil olardı.
Ümid edirəm və əminəm ki, türk xalqlarının dərrakəli nümayəndələri toplaşıb bu böyük və vacib məsələni müzakirə edəcək və görəcəklər: azərtürk dili ümumi və bağlayıcı – mərkəzi dil kimi qəbul edilməli, ondan bütün türk millətimiz bəhrələnməlidir.
Bu, mənim ən böyük arzum, ümdə vəsiyyətimdir.