2 sonuçtan 1 ile 2 arası

Katex şəlaləsi

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Katex şəlaləsi



    Katex şəlaləsi, Balakən rayonunda Katexçayın yuxarı axarlarında yerləşir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür.

    Qeyd edək ki, Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır.Kombinatdan şəlaləyə qədər bir-neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarlna qədərdir. Ordan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır. Onu da qeyd edək ki, kombinatdan şəlaləyə doğru demək olar bütün yol boyu hündürlük artan tempdədir. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Belə ki, bundan sonra aşağı enmək lazəm gəlir ki, bu da dolanbaclı və uçurumlu cığırlarla çox çətindir. Ancaq bütün bu çətinliklər şəlalənin buz kimi suyu ilə sərinlədikdən sonra unudulur. Həm də qarşınızda əsrarəngiz bir mənzərə açılır.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Katex şəlaləsi

    beh beh beeehh Azerbaycanimin her qarisi gozeldir.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.