Nehrəm kəndi Naxçıvan MR-in ən böyük kəndlərindən biridir. Kənd yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Kəndin tarixi çox qədimdir. Kənd Araz çayının sol sahilində yerləşir. Əhalisinin sayı 2002-ci ildə aparılan siyahıya almaya görə 11 784 nəfər təşkil edir. Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Nehrəmdəki İmamzadə türbəsi
Nehrəm kəndində uç orta, bir əsas, bir texniki peşə məktəbi, bir məktəblilər evi, musiqi məktəbi, dörd kitabxana, klub, mədəniyyət evi, kənd sahə xəstəxanası, doğum evi, poçt, rabitə şöbəsi, uşaq bağçası var. Altı məscid fəaliyyət gostərir. 4.3 km məsafədən kəndə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var.
Yer imleri