Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Şuşanın işğalından 18 il ötdü

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Şuşanın işğalından 18 il ötdü

    Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal olunmasından 18 il keçir.
    1992-ci il mayın 8-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
    289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24 900 əhali yaşayırdı. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb.
    200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. O cümlədən, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib. Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər.
    Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şuşanın işğalından 18 il ötdü

    Həmən il dünyaya gələn uşaqlar indi əsgər gedir hələdə düşməndədir Torpaqlarımız
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Şuşanın işğalından 18 il ötdü

    ne olsun ki, Azerbaycanda gul bayrami qeyd olunur, hardan çixdisa...

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Şuşanın işğalından 18 il ötdü

    Allah sebir versin xalqimiza Eh gul bayarami hechde Fidan

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Şuşanın işğalından 18 il ötdü

    Torpağlarimiz tapdağ altinda bizsə gul bayrami keçiririk, işğalla əlaqədar kiminsə könlu qan aglayir bəziləri isə bayram hayinda...Kimlərə oxşadiriğ gorəsən özumuzu, məcburuğmu, kənardan baxan nə deyəcək görəsən???? Mən balaca olmuşam heç yadima duşmur Şuşanin işğali.Görəsən bu işğali görən şəxslər niyə bu bayrami məhz bu ərəfəyə salib?Onlar bu acinin şahidi olublar axi? ...Nəysə Allah ölənlərə rəhmət qalanlara isə səbr versin...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şuşanın işğalından 18 il ötdü

    Möhtərəm Prezdetimizin Doğum günüdür həmən gün
    [

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şuşanın işğalından 18 il ötdü

    [youtube:10005kik]http://www.youtube.com/watch?v=6JRGiTTn6jk[/youtube:10005kik]
    Abidələrin siyahısı (Şuşa)
    Kurqan – tunc dövrü (Şuşa şəhərinin şimal-qərbində)
    Şuşa və Şuşakənd daş qutusu qəbirləri – Son tunc və ilk dəmir dövrü (Şuşa şəhərini yaxınlığında)
    Şuşa mağara düşərgəsi – daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində)
    Şuşa daş qutusu nekropolu – dəmir dövrü (Qarabulaq kəndi)
    Nekropol – son tunc və ilk dəmir dövrü (Dolanlar kəndi)
    Şuşa qalası – 1754-cü il (Şuşa şəhəri)
    Pənah xanın sarayı – XVIII əsr (Şüşa şəhəri)
    Qara Böyük xanım bürcü – XVIII əsr (Şuşa şəhəri)
    Hydər türbəsi - ? (Şuşa şəhəri)
    . Hacıqulların malikanəsi – XVIII əsr (Şuşa şəhəri)
    Natəvanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Əsəd bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
    Gövhər ağa məscidi – 1768-1769-cu illər
    Aşağı Gövhər ağa məscidi – XVIII əsr (Şuşa şəhəri)
    İkimərtəbəli karvansaray – XIX əsr (Şuşa şəhəri)
    Mehmandarovların malikanə kompleksi: məscid, Yaşayış evi, - XVIII əsr (Şuşa şəhəri)
    İbrahim xanın bürcü – XVIII əsr (Daşaltı kəndi)
    İsa bulağı – XIX əsr (Şuşa şəhərinin yaxınlığında)
    İbrahim xanın qəsri – XVIII əsr (Daşaltı kəndi)
    Üzeyir Hacıbəyovun ev muzeyi – XIX əsr (Şuşa şəhəri)
    Xanlıq Muxtar karvansarayı – XVIII əsr (Şuşa şəhəri)
    Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı – XVIII əsr (Şuşa şəhəri)
    Zülfüqar Hacıbəyovun evi – XIX əsr (Şuşa şəhəri)
    Saatlı məscidi – XVIII əsr (Şuşa şəhəri)
    Gəncə qapısı – XVIII əsr (Şuşa şəhəri)
    Ə. Haqverdiyevin evi – XVIII əsr (Şuşa şəhəri)
    Qazançı kilsəsi – XIX əsr (Şuşa şəhəri)
    Y.V. Cəmənzəmənlinin evi – XVIII əsr (Şuşa şəhəri)
    Yuxarı məscid mədrəsəsi – XVIII əsr (Şuşa şəhəri)
    Səfərov qardaşlarının karvansarayı – XVIII əsr (Şuşa şəhəri)
    Tarzən Sadıqcanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Uğurlu bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
    Xan sarayı – XVIII əsr (Şuşa şəhəri)
    Şirin su hamamı – XVIII əsr (Şuşa şəhəri)
    Xanəndə Seyid Şuşinskinin evi – XIX əsr (Şuşa şəhəri)
    Şair M.P.Vaqifin türbəsi – XX əsr (Şuşa şəhəri)
    Qasım Bəy Zakirin evi XVIII əsr (Şuşa şəhəri)
    Mədrəsə - XVIII əsr (Şuşa şəhəri)
    Behbudovların evi – XVIII əsr (Şuşa şəhəri)
    Firudin bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
    M.M.Nəvvabın evi – XVIII əsr (Şuşa şəhəri)
    Bülbülün evi –XIX əsr (Şuşa şəhəri)
    F.B.Köçərlinin evi – XIX əsr (Şuşa şəhəri)
    Hüseyn bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
    Keçəçi oğlu Məhəmmədin Evi – XIX əsr (Şuşa şəhəri)
    Karvansaray – XVIII əsr (Şuşa şəhəri)
    Gəray Əsədovun evi – XVIII əsr (Şuşa şəhəri)
    S.S.Axundovun evi – XIX əsr (Şuşa şəhəri)
    C.Qaryağdıoğlunun evi – XVIII əsr (Şuşa şəhəri)
    Realni məktəbinin binası – XX əsr (Şuşa şəhəri)
    Xəstəxana binası – XIX əsr (Şuşa şəhəri)
    Yaşayış binası – XIX əsr(Şuşa şəhəri)
    Qız məktəbi – XIX əsr (Şuşa şəhəri)
    Aslan Qaraşarovun evi – XIX əsr (Şuşa şəhəri)
    Məşədi İbrahimin yaşayış evi – XIX əsr (Şuşa şəhəri)
    Yaşayış evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Novruzun evi – XIX əsr (Şuşa şəhəri)
    Həsən ağanın evi – XIX əsr (Şuşa şəhəri)
    Yaşayış evi – XIX əsr (Şuşa şəhəri)
    Yaşayış evi – XVIII əsr (Şuşa şəhəri)
    Şükür Bəyin evi – XIX əsr (Şuşa şəhəri)
    Cəfərqulu ağanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Kilsə qalıqları - ? (Şuşa şəhəri)
    Türbə - ? (Şuşa şəhəri)
    Bulaq – XVIII əsr (Şuşa şəhəri)
    “Laçın” su anbarı XIX əsr (Şuşa şəhəri)
    Qız monastrı – XVIII əsr (Şuşa şəhəri)
    Süleyman Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri)
    Hamam - XIX əsr (Malıbəyli kəndi)
    Məscid - XIX əsr (Malıbəyli kəndi)
    Novlu bulaq – XIX əsr (Malıbəyli kəndi)
    İnzibati bina – XIX əsr (Malıbəyli kəndi)
    Mamay bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Teymurun evi – XVIII əsr (Şuşa şəhəri)
    Şor bulaq – XIX əsr XVIII əsr (Şuşa şəhəri)
    Xəlil Məmmədovun evi – XIX əsr (Şuşa şəhəri)
    Ələkbər bəyin evi – XIX əsr (Şuşa şəhəri)
    Məscid (Çuxur məhəllə) – XIX əsr (Şuşa şəhəri)
    Lətif İmanovun evi – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Abbas məscidi və karvansaray – XVIII əsr (Şuşa şəhəri)
    Mərdinli məscidi – XIX əsr (Şuşa şəhəri)
    Cahangir bəyin evi – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Məmmədin evi – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Yusifli məscidi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Salmanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Culfalar məscidi – XIX əsr (Şuşa şəhəri)
    Dəyirman – XX əsrin əvvəli (Şuşa şəhəri)
    Hacı Əlibalanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Kəblə Azadın evi – XIX əsr (Şuşa şəhəri)
    Hacı Sadığın evi – XIX əsr (Şuşa şəhəri)
    “Çöl qala” bulağı – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Süleymanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Musəvinin evi – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Məmmədbağırın evi – XIX əsr (Şuşa şəhəri)
    Hüsü Hacıyevin evi – XIX əsr (Şuşa şəhəri)
    Məşədi Zeynal Hətəmovun evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Əlinin evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Şəhriyarın evi – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Dadaşın evi – XVIII əsr (Şuşa şəhəri)
    A.Əzimovun evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi İbrahimin evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Cəlalın evi – XVIII əsr (Şuşa şəhəri)
    Meydan Bulağı – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Bəşirin evi – XVIII əsr (Şuşa şəhəri)
    Dərzi Bəhramın evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Hüsünün evi – XVIII əsr (Şuşa şəhəri)
    Məhəmməd Həsən oğlunun evi – XVIII əsr (Şuşa şəhəri)
    Kəlbə Məhəmmədin evi – XIX əsr (Şuşa şəhəri)
    Xoca Mərcanlı məscidi – XVIII əsr (Şuşa şəhəri)
    Xoca Mərcanlı Bulağı – XVIII əsr (Şuşa şəhəri)
    Bəhmən Mirzənin evi – XIX əsr (Şuşa şəhəri)
    Bəhmən Mirzənin ərzaq anbarı – XIX əsr (Şuşa şəhəri)
    Qulamşahın yaşayış evi – XIX əsr (Şuşa şəhəri)
    N.B.Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri)
    Köçərli məscidi – XIX əsr (Şuşa şəhəri)
    Quyuluq məscidi – XVIII əsr (Şuşa şəhəri)
    Seyid Məcidin evi – XVIII əsr (Şuşa şəhəri)
    Bulaq (Seyidli məhəlləsi) – XVIII əsr (Şuşa şəhəri)
    Seyidli Məscidi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Qaranın evi – XVIII əsr (Şuşa şəhəri)
    Kəlbə Yusifin evi – XIX əsr (Şuşa şəhəri)
    Zöhrabbəyovun evi XIX əsr (Şuşa şəhəri)
    Məşədi İbişın evi – XVIII əsr (Şuşa şəhəri)
    Məşədi Zülfüqarın evi - XIX əsr (Şuşa şəhəri)
    Hacı Aslanın evi – XVIII əsr (Şuşa şəhəri)
    Hacı Məlik oğlunun evi – XVIII əsr (Şuşa şəhəri)
    Mir Həsən Vəzirovun evi – XIX əsr (Şuşa şəhəri)
    Mamay məscidi – XIX əsr (Şuşa şəhəri)
    Mamay bulağı – XIX əsr (Şuşa şəhəri)
    Fərəməzovların evi – XVIII əsr (Şuşa şəhəri)
    Bulaq (Hacı Yusifli məhəllə) – XVIII əsr (Şuşa şəhəri)
    Bulaq (Ağadədəli məhəllə) – XIX əsr (Şuşa şəhəri)
    Bulaq (Köçərli məhəllə) – XVIII əsr (Şuşa şəhəri)
    Bulaq (Çuxur məhəllə) – XVIII əsr (Şuşa şəhəri)
    Saxsı bulaq - XVIII əsr (Zarıslı kəndi)
    [

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Şuşanın işğalından 18 il ötdü

    Qarabagin incisi olan Şuşa şeheri artig nece ildi duşmən tapdağlari altindadi.Emin cox sağ ol bele gözəl mövzu açdiğin ücün.O gun olsun yeni çekilişleri foruma yerleşdiresen.Cox tessuf ki cekilişler coxdankidi... Hacansa qismet olacaq goresen Şuşamizin yeni cekilişleri? Bu yuxarida sadalanan meqbereler.aga,xan evleri,saraylari,mescidler meqbereler...Bu bizim keçmişimizdi bizden çalinsa da daima yaddaşimizda qalacaq

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Şuşanın işğalından 18 il ötdü

    Şuşa - Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər.

    Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

    Şuşa şəhəri – Azərbaycanın Şuşa rayonunun mərkəzidir.

    XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabad adlanan gümüş shikkə zərb edilirdi.

    Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.


    Zaqafqaziyanın Şirazı

    Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi- dil yatağı hesab olunur.

    Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi möğqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı:

    Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır. XIX-cu əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir.

    Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur

    Şuşa məscidi

    Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev - muzeyləri, İbrahimxəlil xan Cavanşirin və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.

    Şərqin konservatoriyası

    Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar - bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

    Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

    8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.

    Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.

    Şuşanın məhəllələri

    Tariхçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində bilgi verir. Müəllif yazır: "Belə ki, əvvəlinci məhəllə yuхarı və məhəllədən Хanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Хanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır.
    Ikinci məhəllə Saatlı məhəlləsidir.
    Üçüncü məhəllə Köçərli məhəlləsidir.
    Dördüncü məhəllə Mamayı məhəlləsidir.
    Beşinci məhəllə Хoca Mərcanlı məhəlləsidir.
    Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
    Yeddinci məhəllə Hamam qabağıdır.
    Səkkizinci məhəllə Təzə məhəllədir.

    Və aşağı məhəllərin adları bunlardır:
    Birinci məhəllə Qurdlar.
    İkinci məhəllə Seyidli.
    Üçüncü məhəllə Culfalar.
    Dördüncü məhəllə Toyluq. (Quyuluq)
    Beşinci məhəllə Çuхur.
    Altıncı məhəllə Dördlər qurdu.
    Yeddinci məhəllə Hacı Yusifli.
    Səkkizinci məhəllə Dörd çinar.
    Doqquzuncu məhəllə Çöl-qala. Və bu məhəllənin bir adı da "Cuhudlar"dır (Baх: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 277.)

    Tariхçi Mirzə Yusif Qarabaği də şəhərin məhəllələrini sadalamışdır: "Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuхur məhlə, Hacı Yusifli, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Хoca Mərcanlı, Çölqala və Hamamarası" (Baх: Qarabağnamələr. 2-ci kitab. Gös. əsər. səh. 19).

    Şair və pedaqoq Mirzə Хosrov Şaiq Aхundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir. Qocaman müəllim yazır: «Qarabağ хanı qələnin ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə Irəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən хalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu:
    Böyük qurtlar;
    Seyidli;
    Culfalar;
    Təzə məhəllə;
    Hamam qabağı;
    Dəmirçilər;
    Quyuluq;
    Хoca Əmircanlı;
    Mamayı;
    Saatlı;
    Köçərili;
    Mərdinli;
    Çöl qala;
    Hacı Yusifli;
    Çuхur məhlə;
    Balaca qurtlar;
    Ağa dədəli.

    Bu məhəllələrin adı ilə hal-hazırda Qarabağda bir çoх kəndlər vardır (Baх: M. Х. Aхundov. Ömürdən səhifələr. Bakı. 1992. səh. 10.).

    Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir. O, yazır: «Şuşanın gözəlliyi, ab havasının bəzi хəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaхınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və s. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu—Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuхur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, Qalan səkkiz məhəllə isə Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Хocamircanlı yuхarı məhəllələr sayılırdı» (Baх: L. Qarabağlı. Şuşa və Hindistan хatirələrim. Bakı. 1996. səh.16.).
    [

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    128

    Re: Şuşanın işğalından 18 il ötdü

    Melumatlara gore sagol qadasi...Inwallah tezlikle QARABAG alinar...Allah Azerbaycan xalqina Sebir vermesin...Ona goreki bu qeder sebir besdi az deyil 18 il ...Besdi bu qeder sebir..dozum....Bizim olani ozumuze qaytarmaliyiq....Indi Qarabagda dogulan ermeni mindarlarinin uwaqlari boyuyub ordan esgerliye gedirler..nedi nedi Qarabagi qorumaqa..Qarabag onlarin deyil,bizimde bizimde ogullarimiz qorumalidi...
    EAST or WEST HOME is BEST..!!!!!!

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.