5 sonuçtan 1 ile 5 arası

Toyota yeni Prado

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Toyota yeni Prado




  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Toyota yeni Prado

    «Yapon ənənəsinin yeni təcəssümü»
    Etiraf etməliyik ki, Toyota Land Cruiser Prado modelini Azərbaycanda çox sevirlər. Hətta Bakıda yaşayan elə bir insan tanıyıram ki, Prado modelini satıb başqa bir avtomobil almaq istəyib, amma seçim qarşısında qalaraq yenə də Prado alıb. Paytaxt yollarında, eləcə də Azərbaycanın digər bölgələrində, dilbər güşələrində bu modelə tez-tez rast gəlirik.

    Prado sevilir, sevə-sevə alınır, sürülür və sahibini yolda qoymur!

    Təxminən iki ay bundan öncə gələn bir xəbər Toyota həvəskarlarını lap sevindirdi. Yeni Land Cruiser Prado işıq üzü görəcəkdi... Daha sanballı və daha nəfis yeni Prado gəldi və ürəkləri fəth elədi!

    Çoxları düşünür ki, bu mühərrik Prado üçün yetərli deyil. Amma çox şey idarəetmədən asılıdır. Təcrübəli sürücü 2,7 litr həcmli mühərriklə avtomobili elə peşəkarcasına idarə edər ki, ondan bütün istədiklərini alar.

    Amma naşı bir sürücü 4,0 litr həcmli mühərriki olan avtomobillə heç birinci döngəni də uğurla dönə bilməz. Bəli, mən razıyam ki, mühərrikin həcminin artıq olması heç də pis deyil. Hətta çox yaxşıdır. Yolda elə məqamlar olur ki, mühərrikin hər bir at gücünün öz rolu olur. Xüsusən manevrlər zamanı!

    Ona görə də Toyota Bakı Mərkəzinə test üçün müraciət edən zaman mühərrikin həcmi 4,0 litr olan avtomobili sınaqdan çıxartmaq istədiyimizi bildirdik. Çox sağ olsunlar, istəyimizi nəzərə aldılar və biz 2 gün ərzində bu möhtəşəm avtomobillə daha yaxından tanış olmaq şansı qazandıq.

    Eksteryer

    Yeni Prado bu modelin altıncı nəslidir. Bundan öncəki 3 versiya çox uğurlu alınıb və satış rekordları qırıb. Amma yaponlar bir yerdə addımlamırlar. Hədəflər böyükdür. Bu böyük hədəflərə çatmaq üçün böyük avtomobillər yaratmaq lazımdır. Gündoğar ölkənin vətəndaşları da məhz bunu ediblər, böyük, təhlükəsiz və komfortlu avtomobil yaradıblar.

    İndi yeni Prado daha sanballı, daha ciddi və daha sakit görkəm alıb. Toyota-nın mütəxəssisləri əllərindən gələni ediblər ki, sükan arxasında oturan sürücü özünü daha inamlı hiss etsin. Bu inam eksteryerdən başlayır.

    Modelin ön hissəsində yeni faralar, modernləşdirilmiş bamper və radiator barmaqlığı, habelə yeni yan güzgülər peyda olub. Ofrouderin arxa hissəsi də dəyişikliyə uğrayıb. Orada beşinci qapı, habelə modernləşdirilmiş bamper və yeni fənərlər peyda olub.

    İnteryer

    Bu avtomobilin interyeri eksteryerindən daha maraqlıdır. Bəlkə də, bu maraq öncəki nəsil modellərin interyerinin darıxdırıcı olmağından irəli gəlir. Görünür, dizaynerlər bu məqama xüsusi diqqət yetiriblər və çox maraqlı, eyni zamanda praktik interyer dizayn ediblər.

    Salona daxil olan kimi sükan diqqəti cəlb edir. Müxtəlif funksiyaları özündə cəmləşdirən sükan yeni forması ilə seçilir.

    Mərkəzi konsolda hər şey aydın və rahat görünür. Monitorda audio sistemi, naviqasiyanı və kameraları idarə etmək mümkündür. Yeri gəlmişkən yeni Prado modelində arxa kamera ilə yanaşı, yan tərəfləri göstərə bilən kameralar da quraşdırılıb.

    Bu kameralarla sürücü salondan çıxmadan ətrafdakı vəziyyəti düzgün qiymətləndirə bilər.

    Böyüdükcə BÖYÜK qardaşına oxşayır

    Yeni Land Cruiser Prado daşıyıcı rama üzərində yığılıb. Kuzovun möhkəmliyi 11 faiz artırılıb. Əlavə təchizat sayəsində mühərrikin və transmissiyanın vibrasiyası azaldılıb. Komfortu və idarəetməni mükəmməlləşdirmək üçün həm arxa, həm də ön asqı sistemi dəyişikliyə uğrayıb. Avtomobilə KDSS sistemi quraşdırılıb ki, bu da yol səthinin fərqliliyindən asılı olaraq asqı sistemini tənzimləyir.

    Analoji sistem Toyota Land Cruiser 200 modelində də istifadə olunub. Əlavə olaraq komplektasiyaya amortizatorların sərtliyini dəyişə bilən adaptiv asqı sistemi daxildir.

    Mühərrik

    Yeni Toyota Land Cruiser Prado alıcılara üç mühərriklə təklif olunur. Dizel aqreqatına üstünlük verənlər üçün 3.0 litr həcmə və 173 at gücünə malik 4 silindrli mühərrik nəzərdə tutulub. Dizel mühərriki ilə təchiz olunmuş avtomobilin orta yanacaq sərfi 100 kilometr məsafəyə 8 litrdən azacıq çox olacaq.

    Beşpilləli avtomat transmissiya ilə tandemdə işləyən mühərrik avtomobilin 100 km/saat sürəti 11,7 saniyəyə yığmasına imkan verir, onun maksimal sürəti isə 175 km/saata çatır.

    Zeynalov_
    ve
    Rafiq

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Toyota yeni Prado

    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Toyota yeni Prado


  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Toyota yeni Prado

    Ne Deyirem Allah Isteyene Qismet Elesin
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.