2 sonuçtan 1 ile 2 arası

Toyota və BMW təhlükəsizlik reytinqindən kənarda qaldı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Toyota və BMW təhlükəsizlik reytinqindən kənarda qaldı


    ABŞ-ın Yol Təhlükəsizliyi üzrə Sığorta İnstitutu 2010-cu il üçün ən təhlükəsiz avtomobil modellərinin reytinqini tərtib edib. Hər il hazırlanan reytinqdə avtomobil modellərinin sayı bu dəfə nədənsə bir qədər azaldılıb. Belə ki, əgər əvvəllər siyahı 98 model üzrə tərtib olunurdusa, yeni reytinqdə cəmi 27 avtomobil əks olunub. Bu da əsasən öncəki reytinqlərdə İnstitut tərəfindən avtomobillərin aşıb çevrilməsinə dair kraş-testlərin nəzərə alınmaması ilə əlaqədardır ki, bu dəfəki siyahıda sözügedən kraş-test nəzərə alınıb və avtomobil bu testdən movcud 4 baldan 3-nü toplamalıdır.

    Gələn ilin ən uğursuz avtomobilləri sırasında Yaponiyanın «Toyota» və Almaniyanın BMW modelləri qərarlaşıb. Belə ki, bu avtomobil modelləri reytinqdə ilk beşliyə daxil ola bilməyib.

    Yığcam avtomobillər siyahısına «Honda Civic» başçılıq edir. Ondan sonra isə reytinqdə «Kia Soul», «Nissan Cube», «Subaru İmpreza» və «Volkswagen Golf» modelləri yer alıb.
    Orta ölçülü avtomobillərə gəldikdə isə, burada ən təhlükəsiz «Audi A3» modeli sayılır. İkinci yerdə «Chevrolet Malibu», üçüncü yerdə isə «Chrysler Sebring» qərarlaşıb. Bununla yanaşı, avtomoibl mütəxəssisləri «Dodge Avenger», «Mercedes C-class», «Subaru Legacy», «Subaru Outback», «Volkswagen Jetta», «Volkswagen Passat» və «Volvo C30» modellərini də ən təhlükəsiz avtomobillər siyahısına daxil edib.

    Yığcam krossoverlərin siyahısında isə birinci yeri «Honda Element», ikinci yeri «Jeep Patriot», üçüncü yeri – «Subaru Forester», dördüncü yeri – «Volvo XC60», beşinci yeri isə «Volkswagen Tiguan» tutub.

    Nəhayət, iriölçülü krossoverlər siyahısında ən təhlükəsiz avtomobil adına «Dodge Journey», «Subaru Tribeca» və «Volvo XC90» modelləri layiq görülüb.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Toyota və BMW təhlükəsizlik reytinqindən kənarda qaldı

    daim yenilesen reytinqlerle bizi tanis elediyin ucun sag ol .mende hardasa bu yerlerle raziyam

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.