“Forbes” jurnalı seriya ilə istehsal edilən ən sürətli avtomobillərin siyahısını açıqlayıb.
Siyahıya 430 km/saat sürətlə “Bugatti Veyron 16.4 Super Sport” başçılıq edir. Lakin bu sürətdə təkərlər cəmi 5 dəqiqə davam gətirdiyi üçün istehsalçı maksimal sürəti məhdudlaşdırıb.
Növbəti yerləri isə “Lamborghini Gallardo LP570-4 Superleggera”, “Mercedes-Benz SLS AMG Roadster” və “Audi R8 Spyder 5.2 FSI Quattro” gəlir. Bu avtomobillər həm də qiymətinin yüksək olması ilə seçilir.
Xatırladaq ki, ötən həftə keçirilən sınaqlarda “Bugatti Veyron” dünyanın ən çox yanacaq sərf edən avtomobili seçilib.
Yer imleri