Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

Arzunuz..

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Arzunuz..



    Qız bayramları heç sevmirdi.Amma bu bayram onunçün xüsusi idi:bu gecə ən böyük arzusunu ürəyində tuta bilərdi və o mütləq yerinə yetəcəkdi.Mütləq!
    Əlbəttə qlz çox vaxt ürəyində arzu tuturdu,ulduz axanda,təzə nəsə geyinəndə,hətta uyğun rəqəmlər düşəndə də))Amma bunlar adi arzular olurdu:yerinə yetməsəydi də pis olmurdu,çünki prinsiplə heç nə dəyişmirdi həyatında.Amma ildə bir dəfə bu bayramda öz doğmalarına,əzizlərinə arzularını deyərkən qız özünün də ən,ən,ən müqəddəs arzusunu deyə bilərdi.Bu il belə bir arzu var idi...

    “Xahiş edirəm,qoy o xoşbəxt olsun,xahiş edirəm o dünyanın xoşbəxti olsun,xahiş edirəm...”tez tez təkrar edirdi,bir and kimi,sanki bundan daha tez yerinə yetəcəkdi arzusu.Qız bir neçə dəfə arzusunu təkrarladıqdan sonra rahat nəfəs aldı:indi oğlanın bütün il ərzində işləri yaxşı gedəcəkdi!”İlahi,mən necə də onu xoşbəxt etmək istəyərdim...Hətta mənimlə olmasa belə.Təki o xoşbəxt olsun...”-qız fikirləşdi.



    Arzuların daxil olduğu yerdə qızğın iş gedirdi.Böyük işçi ştatı dünyanın hər yerindən gələn arzuları yoxlayır,yerinə yetirirdilər.Bir hissə uşaqların arzusu ilə məşğul idi,bir hissə maddi cəhətdən çətinlik çəkənlərə kömək edirdi,üçüncü hissə mənəvi dayaq olurdu.Xüsusi bir şöbə isə sevgi arzularına baxırdı.Arzular lazımi şöbəyə verilməmişdən əvvəl burda çeşidlənir,növlərə ayrılırdı.Əsasən də səmimiliyinə,vacibliyinə və yerinə yetdikdən sonrakı nəticələr diqqətlə yoxlanırdı.Məsələn,”Sinifdə ən yaxşı,bahalı telefon istəyirəm məndə olsun”-bu arzu insan münasibətləri şöbəsinə keçirdi.Çünki belə telefon o insana sinifdə avtoritetli olmaq üçün lazım idi.Amma bunu üçün telefon lazım deyil,başqa şey lazımdır.Arzu yerinə yetirdi,amma başqa cür,daha lazımlı formada.



    “Xahiş edirəm,qoy o xoşbəxt olsun,xahiş edirəm o dünyanın xoşbəxti olsun,xahiş edirəm...”-bu arzunu oxuyan işçi qalın jurnalı açdı,arzunun ünvanladığı oğlanı axtardı.Onun adının qarşısında da arzu yazılmışdı:”Təki qız xoşbəxt olsun,eybi yoxdur mənimlə olmasa da,bircə o xoşbəxt olsun!”
    İşçi razılıqla gülümsədi və yazıları lazım olan şöbəyə ünvanladı:Sevgi!

    Arzularımız sonsuzdur,tükənməzdir.Onların arasında ən müqəddəs,ən qiymətli arzular var.
    Ən müqəddəs arzunuz nə olub?
    Nə vaxtsa ürəyinizdə arzu tutmusunuzmu,yerinə yetibmi?
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: Arzunuz..

    Tşk cnm mövzu için.Allahıma şükür,istediyim her sey olur geç de olsa...Sizinde arzılarınız çin olsun ins

  3. #3
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Arzunuz..

    menim bir arzuma vardi oda dunen oldu
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Arzunuz..

    arzular sonsuzdur ve her gun yeni-yeni arzular dogur. men Allahimdan cox raziyam cox sukurler olsun ki bugune geder dilediyim arzularin coxsu yerine yetib.
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.