Əsas məzmuna keç
7 sonuçtan 1 ile 7 arası

ÇÖRƏK – VƏTƏN

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    ÇÖRƏK – VƏTƏN

    ÇÖRƏK – VƏTƏN


    Əynində «cinsi» şalvar,
    Belində enli kəmər,
    Saçı çiyinlərində
    Döşündə emblemlər,
    Firmenli bir türk ilə
    Mən danışdım ərk ilə:
    - Burda çörək tapmısan, bəs səadət, bəs Vətən?
    Çörək səadət deyil, unutdunmu bunu sən?
    Üç il,
    Beş il,
    Nə zaman,
    Dönəcəksən Vətənə?
    - Harda qarnım toxdursa, ora Vətəndir mənə,-
    Deyə qəhqəhə çəkdi.
    O bu qəhqəsilə üzümə şillə çəkdi.
    Bir qarınlıq çörəkçün sən unutdun hər şeyi,
    Sən çörəyə bağladın, taleyini, baxtını,
    Bəs Vətənin taleyi?
    Bəs onu kim düşünsün?
    Vətən düşmənlərinin qanını tökmək üçün,
    Kimin kini, qəzəbi,
    Yanıb gülləyə dönsün?
    Burda çörək tapmısan,
    bəs səadət,
    bəs Vətən?
    Çörək səadət deyil; unutdunmu bunu sən?
    Səadət - Vətən demək!
    O, Vətənə bağlıdır,
    Elin qəlbi dağlısa, sənin qəlbin dağlıdır.
    Bəs hər zülmə, cəfaya nəcə dayanmış baban?
    Ellə gələn yası da toy-bayram sanmış baban.
    Elsiz bir səadəti səadət bilməmişlər.
    Unutma,
    «El içində - öl içində» -
    demişlər.
    Vətən – namus,
    namusu
    itə atsan it yeməz.
    Yal üçün zingildəyər, namusu zingildəməz.
    Sən insansan!
    Namusun, el qeyrətin hanı bəs?
    Namusu ələf kimi gövşəmə!..
    o, yeyilməz!
    Bir parçacıq çörəkçün hamı qaçsın Vətəndən
    Bəs Vətəndə kim olsun?
    Kədərindən qaçdığın,
    Sabahkı sevincinə uzaqdan əl açdığın,
    O su, hava,
    o tarpaq,
    Qoy sənə qənim olsun!
    Harda qarnım tox isə, ora Vətəndir» - dedin.
    Sən Vətəni çörəyə necə qurban elədin?
    Burda çörək qazanıb özünü də itirdin.
    Bığ dalınca gəlirkən, saqqalı müftə verdin.
    Qürbətdə çorəyin var,
    ürəyin yoxdur sənin.
    Anasız bir uşaqsan,
    Qıvrıl yat,
    dinmə!
    Qəlbin
    oyuq-oyuqdur sənin!
    Çörəyin var,
    Bəs hanı, saçına sığal çəkən,
    Vətənin küləkləri?
    Səni sərməst eyləyən gülləri, çiçəkləri?
    Hanı Vətən havası?
    Hanı ana laylası?..
    Vətən yanız çörəkmi?
    Bəs bunlar?
    bunlar hanı?
    Bır parçacıq çörəyə satarlarmı ananı?
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: ÇÖRƏK – VƏTƏN

    yazan ellerin var olsun
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: ÇÖRƏK – VƏTƏN

    sag ol qadasi
    [

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: ÇÖRƏK – VƏTƏN

    HALADIIII BAX BUU ELA MOVZUDUU HEQIQETENNNN

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: ÇÖRƏK – VƏTƏN

    tesekkurler gozel serdi. ama vetenin bir gunahi yoxdurki,vetenin ele haksiz sakinleri varsa. baxin goturek Azerbaycamnimizi her syeimiz var denizimiz, yasilliq,parklar gozel,11 iqlimin 9 bizde. ama insanlara birde baxin.sigareti cekib yere atirlar. uzr isteyirem yola tufururler.cicekleri usaq qirir yaninda ana demirki,a bala eleme,cox yerde haksizliq, rusvet. bunu hamimiz bilirik, yalandan uzde ele gosteririkki sanki bizde ehr sey qaydasindadi. esgerlere nece davranirlar?bunu gorek veten oglu veteni qorumaq isteyermi?yada rusvet verib oz isinde olar. veteni veten eden sakinleridir,vetenin gunahi yoxdur. basqasini qinamagada hakkimiz yoxdur,savadli hekimlerimiz hamisi xaricde isleyir,cunki daha yaxsi qiymet verirler onlara. bizdese pul gucune hekim olanlar son zamanlar o qeder tehluke toreden emelliyat esitmisemki. xestenin pulu yoxsa olmelidir! vetende qalibda acindan olmekmidir vetenperverlik? vetende qalibda haksiz davranmaqmidir vetenperverlik? Azerbaycanda yasayaraq oz dogma dilini tam bilmeyibde,rus ve ingilisce danismaqmidir vetenperverlik? (hec bir dovletde ise goturende sene demirlerki Azeri dilini bilirsenmi?)
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: ÇÖRƏK – VƏTƏN

    Oz dilimizi sorusan yoxdur oda duzdur.Ama Xestde haqqinda bir hadise deyim.Bir surucu sernisin vurur.xestde gelir olumcul halda hekime xesteye baxmir deyir ailen gelsin pulunu versin sonra.surucu deyir sen et olmesin xestde ne lazimdirsa verecem..sonra ele olur ki hemen xestde olur hekim gelib baxanda gorur ki oz ovladirdi rehmete geden
    [

  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: ÇÖRƏK – VƏTƏN

    Torpaq uğrunda ölən varsa vətəndir!!!
    deyiblər. Amma vətədən uzaqda olanları qınamaq lazım deyil.Oxuyub bitirib amma bu vətəndə neynəsin axi? Kimdi onu burda sayan? Kimdi onun savadina biliyinə qiymət verən?Daydayın yoxsa hec kimsən!! O cörəyini başqa yerdə tapırsa neyləsin??? Get gedə yaddaşacaq bu təbiidi...Qınamalı deyil... Biz azərilər vətənə cox təriflər cox şerlər deyirik.Ammaa.........təsüflər...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.