Əsas məzmuna keç
8 sonuçtan 1 ile 8 arası

Sənə səni yazıram...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Sənə səni yazıram...


    Günəşin başqa iqlimləri işıqlandırmağa, başqa könülləri isitməyə getdiyi bu saatlarda, kağızı, qələmi, əlimə alıb , səninlə dərdləşmək, yalnız sənə yazmaq, yalnız sənin üçün darıxmaq keçir içimdən.Sənə yazmaq. “Sənə Səni Yazmaq”
    Sənə ürəyimdə anlam tapan duyğuları yazmaq istiyirəm. Sənə ürəyimin dərinliklərindən qopub gələn sevgini anlatmaq və torpağı alnından öpərək yağış dənələri kimi bütün mənliyimlə sənə yağmaq istəyirəm.

    Bu gecə dodaqlarımdan tökülən hər kəlimədə sən varsan və yenə də sən varsan. Yarım qalan sevgimin əskik tərəflərində, bomboş və səssiz küçələrdə gəzərkən səni səsləyirəm sənsizliyin inadına.Bu sənsizlik gecəsində öz sevgimi sənin adınla yanaşı ürəyimin ən dərinliyinə əbədi yazıram.
    Bu gecə yağış yağır.Yağış yağır könlümün sənsizliklə yanan hər bir yerinə, yağsın, yağsın ki, saxlasın özündə sənsizlikdə tökdüyüm göz yaşlarımı. Yağsın ki, sənsiz keçən bomboş həyatımı öz narın damlaları ilə doldursun.

    Bu gecə yenə yağış yağır amma sən yoxsan üşüyürəm sənsiz qaldığım saatlarda, göz yaşlarımı əfkarıma qatdım bu gecə, sevgimi, ümidimi, və səni coşqun bir sel kimi axıtdım ürəyimə.Bu gecə yağışla birlikdə göz yaşlarım yağır və adını yazır sənsizliyin ağrısı ilə qıvranan küçələrə, süzülən hər bir damlada sən varsan.O, doya-doya baxa bilmədiyim gözlərin, gözlərimin içinə bir daha dəysəydi və təbəssümündən bir gül açsaydı yanaqlarında nə gözəl olardı...
    Adını yazdığım küçələrə sanki sən yağırsan yağışla birlikdə və sevgin yağır ürəyimə.Tək və bomboş otağımda sən hələ də varsan.Sənsizliyim dayanır yanımda.

    Bu gecə gözyaşlarım yağır sənsizliyimlə birlikdə küçələrə.Səni axtarıram yağışın hər damlasında qaranlıq gecəyə inad ay bu axşam səmada səni tapmağıma kömək edir.
    Və Səma ürəyimdə... Sən həmişə mənimləsən hər şeyə rəğmən, hər kəsə rəğmən.Hətta bizim üçün yağan yağışa rəğmən...
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Sənə səni yazıram...

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Və Səma ürəyimdə... Sən həmişə mənimləsən hər şeyə rəğmən, hər kəsə rəğmən.Hətta bizim üçün yağan yağışa rəğmən...

    ...

  3. #3
    Member
    Üyelik tarihi
    Dec 2009
    Mesajlar
    46

    Re: Sənə səni yazıram...

    bunlar oz urek sozlerindi ya kocurme? belke sual yersizdi ama qeweng yazmisan

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Sənə səni yazıram...

    super
    cox kovreldim
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Sənə səni yazıram...

    Bu gecə gözyaşlarım yağır sənsizliyimlə birlikdə küçələrə.Səni axtarıram yağışın hər damlasında qaranlıq gecəyə inad ay bu axşam səmada səni tapmağıma kömək edir.
    Və Səma ürəyimdə... Sən həmişə mənimləsən hər şeyə rəğmən, hər kəsə rəğmən.Hətta bizim üçün yağan yağışa rəğmən... qəşşşşşşəngggddddddddiiiiiiiiiiiii super
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sənə səni yazıram...

    cox sag ol beyendiyiniz ucun
    [

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Sənə səni yazıram...

    olee oleeee eladi.amma ureyim xarab oldu. Bu sənsizlik gecəsində öz sevgimi sənin adınla yanaşı ürəyimin ən dərinliyinə əbədi yazıram.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sənə səni yazıram...

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.