1 sonuçtan 1 ile 1 arası
-
12-16-2009, 07:50 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Dimitri İvanoviç Mendeleev
8 Fevral 1834də, Tobolsk, Sibiryada dünyaya gəldi. 17 qardaşın ən kiçiyi oan Dmitri, atasının ölümünün ardından anası tərəfindən daha yaxşı bir təhsil alması üçün qərbə aparıldı. 1849-cu ildə ailə St. Peterburqa daşındı və Mendeleyev, Main Pedagogical Institudeyə girdi. Bu məktəbdən məzun olduqdan sonra tüberkiloza tutuldu və Qaradənizin şimal sahilində olan Krım Yarımadasına daşınmaq məcburiyyətində qaldı. Burada davam etdiyi Simferopol Liseyində elm şefi oldu və tamamilə yaxşılaşdıqdan sonra, 1857də, St. Peterburqa geri döndü.
1859 və 1861 illəri arasında mayelərin kılcallığı və spektroskop ilə əlaqədar araşdırmalar icra etdi. 1861-ci ildə spektroskop ilə əlaqədar ilk kitabını nəşr etdi və diqqətləri üzərinə çəkdi. 1862-ci ildə, Feozva Nikitichna ilə evləndi və bir il sonra, 1863də, St. Peterburq Technological Institude və St. Peterburq Universitetində kimya professoru oldu. Bu məktəblərdəki vəzifəsini dörd il boyunca davam etdirdi və ardından beynəlxalq bir araşdırma mərkəzində işlərini davam etdirməyə başladı.
Fransa və Almaniyada etdiyi araşdırmalarla, Avogadro Fərziyyəsi üzərinə edilən müzakirələrə daxil oldu. Daha sonra Pennsylvaniaya gedərək, burada açılan ilk neft quyusunu gördü. Rusiyaya dönüşü ilə birgə yeni bir ticari damızdırma üsulu inkişaf etdirdi və Rusiyanın ilk neft neftayırma zavodusunun qurulmasına iştirak etdi.
St. Peterburq Universitetində vəzifə yerinə yetirdiyi sırada, elementlərin nizamlılıqlarını araşdırmaq üçün etdiyi sıralama ilə, "Periodik cədvəl"i meydana gətirdi. Bu cədvəldə, elementlər arası keçişləri araşdıraraq, hələ kəşf edilməmiş bir çox elementin varlığına dair ipucları tutdu və bu elementlərin olabiləcək xüsusiyyətlərini təyin etməyi bacardı. Təbiətdə var olduğunu söylədiyi elementlərin bəziləri bir neçə il içində oldu və beləcə periodik cədvəlin əhəmiyyəti yaxşıca ortaya çıxdı.
İzomorfizm haqqında etdiyi işlər sayəsində geokimyanın inkişafına təşəbbüskar olan Mendeleyev eyni zamanda, inkişaf etdirdiyi hidrat nəzəriyyəsi ilə də əhəmiyyətli bir fizikokimyacı olduğunu sübut etdi.
1907-ci ildə, St. Peterburqda tutulduğu qrip üzündən həyatını itirən Mendeleyev, periodik tablo/cədvəli meydana gətirdiyi sırada hələ yalnız 63 element bilinirdi. Ölümündən sonra bu ədəd 86 oldu və işlərinin əhəmiyyəti bir dəfə daha aydın oldu. Mendeleyev adı Aydakı bir kraterə və periodik tablo/cədvəlin 101 nömrəli elementinə verilərək, bu ad şərəflənildi.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri