Heç kimin ağlına da gəlməz ki,sənin ürəyində sevgi gizlənib!
TESEKKUR COX GOZELDI![]()
3 sonuçtan 1 ile 3 arası
-
12-13-2009, 02:39 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Sevgisiz ürəklər üçün.
Bir gün sevgi sənin ürəyinə qonaq gələcək.Qapını bərkdən döyəcək.Amma sən o qədər ondan uzaqlaşmısan ki qapını açsan da tanımayacaqsan.Yad olduğu üçün içəri buraxmaq istəməyəcəksən.
-Yaxşı sən də.Mən tez gedəcəm.Səni bezdirmək fikrim yoxdur-sevgi deyəcək-gedək mətbəxdə oturaq.
Oturacaqsınız bir müddət,dinmədən.Sonra nəsə təklif edəcəksən.Nə qədər də olsa qonağındır.
-Lazım deyil-imtina edəcək.
Baxacaqsan ona.Həyat qədər əbədi.Qədim.Artıq yorulub.Sən onunla ehtiyatla davranacaqsan,çəkinəcəksən.
-Düz edirsən.Məndən qorxsan yaxşıdır.
İstəyəcəksən o getsin.Getsin yağışın,qarın altına.Küləyin,tufanın içinə.Sənin evində onunçün yer yoxdur.Hətta gecələməyi belə təklif edə bilmirsən.
-Sənin ürəyin xəstədir-sevgi hiss etdiyini deyəcək.
-Ola bilməz.Həkimdən təzə keçmişəm.Hər şey qaydasındadır.
-Amma ürəyini yükləməkdən qorxursan...
Susursan.Sənə onunla rahat deyil.Darıxırsan.O da bunu başa düşür.Bəs niyə məhz sənin yanına gəlib.
-Niyə mənim yanıma gəlmisən?
-Gizlənmək istəyirdim-gülümsəyir-burda təhlükəsizdir.Heç kimin ağlına da gəlməz ki,sənin ürəyində sevgi gizlənib!
-
12-13-2009, 09:12 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Sevgisiz ürəklər üçün.
-
12-13-2009, 09:32 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Sevgisiz ürəklər üçün.
tşk.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri