Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Partizan

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Partizan

    II Qarabaq savaslari uucun Azerbaycan da partizan destleri qurmaq isteyirler.munasibetiniz ve ya KIM qatilar???
    He cavabi vermeye telesmeyin cunki sonra sizi axtara bilerem
    Bu günlərdə keçmiş döyüşçülər yenidən bir araya gəldi və Qarabağın Azadlıq Ordusu adlı partizan dəstəsi yaradıldı. Düzdü, sonra bu xəbərlə bağlı təkziblər də oldu, amma əsas məsələ bu idi ki, belə bir xəbər məqsədli-məqsədsiz şəkildə ortaya çıxdı. Belə bir hərəkatın yaranması cəmiyyət üçün əlavə əhval-ruhiyyə yüksəkliyi deməkdir və yaranma ehtimalı olan quruma artıq göstərilən rəğbət bunu təsdiqləyir. Bu qurumun həqiqətəndə Qarabağda partizan hərəkatı yaradacağını tam deyə bilməsəkdə, ideyanın sərtliyi artıq çox şey deməkdir. Ən azından danışıqlar yolunun tamamlanmasına bir işarədə ola bilər.

    Müharibə realdırmı?

    Partizan hərəkatının reallaşması fikri kifayət qədər dartışılan bir mövzudur və bu mövzuya yanaşaraq müharibə mövzusuna keçid edək. Prinsip baxımından Qarabağ bölgəsi partizan müharibəsi üçün əlverişli yerdir və belə bir addım atılarsa, qarşı tərəf üçün ciddi baş ağrıları yarada bilər. Amma bir nüans yaddan çıxarılmamalıdır. Partizan savaşlarında həmişə dövlət bu və ya digər şəkildə partizan hərəkatlarının arxasında dayanır və əslində partizan hərəkatları dövlətin silahlı gücünün bir hissəsi hesab oluunr. Özü də öndə gedən, divversiya imkanları böyük olan qüvvə kimi. Deməli, bu gün yaranması ehtimal olunan partizan dəstələri savaşa başlasa, dövlət tərəfindən ən azı mənəvi dəstək almalıdır. Yox, əgər dövlət tərəfindən dəstək görməyəcəksə, onda onlar həm düşmən tərəfinin, həm də öz dövlətinin təzyiqləri ilə qarşılaşmalı, bu isə partizan hərəkatının terror təşkilatı ilə əvəzlənməsi deməkdir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.