Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Hamısı ödənilib

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Hamısı ödənilib

    Balaca oğlan anası şam yeməyi hazırlayarkən mətbəxə girdi və anasına bir parça kağız uzatdı. Anası yaş əlini sildi və kağızı götürüb oxudu:


    Çəməni biçdim: $5.00
    Bu həftə otağımı yığışdırdım: $1.00
    Sənin üçün mağazaya getdim: $.50
    Sən mağazada olduğun zaman qardaşıma dayəlik etdim: $.25
    Zibili atdım: $1.00
    Məktəbdə yaxşı qiymət aldım: $5.00
    Evi təmizlədim: $2.00
    Cəmi borclusan: $14.75

    Anası oğluna baxa-baxa fikrə getdi. Bir an keçdi və anası qələmi götürdü və kağızın arxasına bir şeylər yazmağa başladı:

    9 ay səni bətnimdə daşıdım: Pulsuz

    Xəstə olanda sənin yanında oturub yatmağını gözlədim, sənin qayğına qaldım, hər gecə dua etdim: Pulsuz

    Bütün bu illərdə mənə göz yaşları tokməyimə səbəb oldun: Pulsuz

    Hər gecə sənin dərdlərini və gələcəyini düşünərkən yatmadım: Pulsuz

    Sənə geyinməyə paltar, yaşamağa ev, və yeməyə yemək verdim: Pulsuz

    Oğul, bunların hamızını toplasan, sənə qarşı mənim sevgim: Pulsuzdur

    Oğlan anasının yazdığını oxuyandan sonra gözləri yaşardı. Sonra qələmi götürdü və kağıza böyük həriflərlə yazdı: HAMISI ÖDƏNİLİB!!!

    P.S Siz Necə düşünürsünüz Analarımızı Pul ilə Ölçmək olarmı

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Hamısı ödənilib

    valideyinlerin borcu odenilmezdi ne etsende qaytara bilmersen hercend bezi ovladlar bunu derk etmir xebere gore thanks
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.