1 sonuçtan 1 ile 1 arası
-
11-24-2009, 08:54 AM #1
Əbədi həyat axtarışında
Ömrünü heç olmasa 200-300 ilə çatdırmaq arzusuna kimlər düşməyib? Cavan bədən, sağlam orqanizm, qocalmayan sima, fiziki ölümsüzlük eşqi ilə qədim Yunan, Roma, Misir alimləri, kahinləri, təbibləri, kralları, şahları və siravi adamları alışıb yanırdılar. Əlkimyaçılar " həyat eliksirini " tapmaq üçün baş sındırırdılar. Bəzən də təcrübələr əks təsir də göstərirdi. Çin imperatoru Syüançzun elə ölümsüzlük elikserini içib ölmüşdü. XIV və XVII əsrlər tarixə " Dirilmə epoxası " kimi düşüb. O illlərdə hamı " dirlik elikseri "nin axtarışında idi. Qoca feodallar cavan qalmaq üçün qanlarını dəyişib, özlərinə körpə və yeniyetmə uşaqların qanını vurdururdular. Çoxları daha da irəli gedib vampir olmağa can atırdı, təki ölməsin. Deyilənə görə, vampirlər qan qan içdikləri üçün heç vaxt qocalmır və 600-700 il yaşayırlar. Amma bu faktlar hələ öz təsdiqini tapmayıb. Qanla " oynayanların " axırı da ölüm olub...
Orta əsr mənbələrində qeyd olunmuş " ölümsüzlük elikserininin " qədim və əcaib-qəraib reseptləri:
1. 10 il yaşamış qurbağanı qurudub, onu narın edib, hissə-hissə udmaq:
2. Kürən, çilli uşağı, 3 il müddətində döllə qidalandırmaq lazımdır. Sonra onu daş qaba qoyub, üzərinə bal tökərək ağzını kip bağlayır, soyuq yerdə saxlayırlar. Bəzənsə torpağa basdırırlar. 50-60 ildən sonra həmin adamın bədəni mumiyaya çevrilir. Bax bu mumiyadan xüsusi məcun hazırlayıb, müəyyən olunmuş qaydada qəbul etməklə ölümsüzlüyə çatmaq olurmuş.
Əfsanələrə görə, gizli " ölümsüzlük eliksirini " tapıb, onu içməklə uzun ömür sürmüş insanlar da olub.
Yunan kahini və antik şairi Epimenud öz ömrünü 300 ilə qədər uzatmağı bacarmışdı.
Böyük Priney əlyazmalarından 500 il yaşamış illiriyalı kişidən bəhs edir.
Yepiskop Alen de Lispe 1218-ci ildə 89 yaşında ikən sirli bir suyu içməklə ömrünü 70 il uzatmışdı.
1680-1933-cü illərdə yaşamış Li Çunyun 254 yaşına kimi yaşamış və 24 dəfə evlənmişdi.
Azərbaycanda, Lənkəran rayon sakini Şirəli Müslümov ( 1805-1973 ) 168 il yaşamaqla keçmiş SSRİ-də rekord göstəricisi vurmuşdu və bütün Sovetlər İttifaqı bu faktla fəxr edirdi.
Çinin adi kəndli qadını Lo Masenin 1990-cı ildə 130 yaşı tamam olmuşdu. O, 200 il yaşamağı qarşısına məqsəd qoysa da, 134 yaşında vəfat etmişdi. Ömrünün son 62 ilini o, aktiv həyat tərzi keçirmişdi, tütün çəkir və gündə 2 stəkan düyü arağı içirdi. Qadın məhz bu düyü arağını " cavanlıq eliksiri " adlandırıdı. Bu adi araq deyil. Onun tərkibi çox mürəkkəbdir. İçində 40-a yaxın ot və bitki, qurudulmuş minerallar, ilan və kərtənkələnin ən müxtəlif orqanları var.
Roma papası Bonifasiyanın şəxsi həkimi " ölümsüzlük eliksiri "nin reseptinin üzərində belə yazmışdı: " Siz əbədi yaşayacaqsınız ". Onun resepti isə tərkibinə görə çox maraqlıdır: " Qızıl, mirvari, sapfir və zümrüdü toz halına salıb, qarışdırın. Bura rubin, topaz, korall, fil sümüyü, səndəl ağacı, əzvay kökü, müşk, ənbər və mütləq maral ürəyi əlavə edilməlidir " Bu sehirli eliksirdən müəyyən miqdarda qəbul etməklə 200-300 il yaşamaq mümkündür.
Gürcü Artur Klark insanın ölümsüzlüyə qovuşacağı tarixi əvvəlcədən görüb: 2090-cı il.
Daha bir ölümsüz insan isə İsa Məsihin zamanında yaşamış bir yəhudi kişidir. Deyilənə görə , İsa Məsih çarmıxa aparılanda, yolda yorulub, bir evin divarına söykənir. Bu zaman evin sahibi çıxıb qışqıraraq: " get, get. Nə dayanmısan? " deyə onu itələyir. İsa Məsih kişiyə deyir: " Mən gedirəm, amma sən bütün ömrün boyu gəzəcəksən. Vurnuxub qalacaqsan. Sənə nə dinclik, nə də ölüm olmayacaq. Arzulasan belə, ölə bilməyəcəksən ". Yəhudinin adı Aqosferdir. Onun ləqəbi isə " Əbədi diri adam "dır. Aqosferlə 1223-cü ildə ispan astroloqu Qvido görüşüb. 5 ildən sonra o, İngiltərədə peyda olur. 1242-ci ildə Frasada görünüb, yenə 2 əsirlik yoxa çıxır. 1547-ci ildə o. Hamburq şəhərində görünüb, Yepiskop Paul Fonla görüşür. Yepiskopun dediyinə görə, köhnə geyimli bu adam bütün dillərdə təmiz danışırdı. Yığdığı pulları Dilənçilərə paylayıb, yoxa çıxırdı. Sonuncu dəfə onu 1830-cu ildə görüblər. kim bilir, bəlkə də o, yenə aramızdadır və doğulduğu günə lənət edə-edə özünə ən ucuz ölüm arzulayır.
Hal hazırda uzunömürlülük göstəriciləri o qədər də ürəkaçan deyil. İnsanlar 80-90 yaşında ölənlərə bəxtəvərlik verirlər. Müasir insanları deyəsən, ölümsüzlüyə qovuşmaq, sağlam orqanizmə sahib olub, uzun ömür sürmək az maraqlandırır...


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri