1 sonuçtan 1 ile 1 arası
-
02-20-2023, 02:52 PM #1
Nəriman Nərimanov
Nəriman Nərimanov kimdir?
Dövlət xadimi, yazıçı və publisist, həkim. 1882 ildə Qori seminariyasına daxil olmuş, oranı bitirərək Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim tə'yin olunmuşdur. Nərimanov 1891 ildə Bakıya gələrək fəaliyyətə başlamışdır. O, 1894 ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanası təşkil etmişdir. Bu zaman Nərimanov ictimai problemlərə toxunduğu "Nadanlıq" (1894), "Şamdan bəy" (1895), "Nadir Şah" (1899), "Bahadır və Sona" (1896-1908) kimi ədəbi əsərlər yazmış, N.V.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə etmişdir (1829), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər tərtib etmişdir. 1908 ildə Nərimanov Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Universiteti bitirib Bakıya gəlmiş və şəhər xəstəxanasında işləməyə başlamışdır. Sonra Nərimanov bolşevik "Hümmət" təşkilatının sədri seçilir(1917). 1919 ildə Nərimanov Moskvaya çagırılır, RSFSR xalq milli işlər komissarının müavini işləyir. 1920 il aprelin 27-də, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Nərimanov Azərbaycan SSR XKS-nin sədri seçilir. Nərimanov Azərbaycanda XKS-nin sədri kimi özünün bütün qüvvəsini fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə, respublikada sosializm quruculuğuna sərf edirdi. Nərimanov SSRİ-nin 1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmişdir. Nərimanov ən mühüm dekret, qərar və müraciətnamələrin hazırlanmasında, xarici siyasət tədbirlərində, onların həyata keçirilməsində fəal çalışmışdır.
Benzer Konular
-
Nəriman Nərimanovun məzarı köçürülə bilər
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 07-26-2013, 03:40 PM -
Masallının polis rəisi Nəriman İmanov məhkəmədə rüsvay oldu
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 07-03-2013, 02:40 PM -
Nəriman Nərimanovun qəbri “Qızıl Meydan”dan köçürüləcək
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 07-01-2013, 05:11 PM -
"Yeraz Nəriman”la bağlı şok xəbər - TƏFƏRRÜAT
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 12-27-2012, 05:10 PM -
Ceyran Nəriman televiziyadan gedərək, şəxsi biznesini qurdu
By Baku in forum Şou BiznesCevaplar: 0Son Mesaj: 03-10-2011, 11:12 AM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri