Əini ver mənə gəzək yağışlı küçələri, qaçaq küçələrdə, qoy çirklənsin ayaqqabılarımız. Əsas odu hisslərimizə saflıq hopsun.
Əlini ver mənə birlikdə minək adamla dolu basa-bas qatara, istidən qəlbimiz çırpınsa belə gözlərimizin isti baxışı sərinlik gətirsin hisslərimizə.
Əlini ver mənə gedək kinoteatra, birlikdə seyr edək nakam sevgi mövzulu filmi. Kövrəlməyək. Əksinə gülək. Sevinək ki, biz belə şeylərə baxırıq amma yaşamırıq.
Əlini ver mənə mənə gedək dəniz sahilinə. Dəniz dalğasına baxıb seyrə dalmayaq. Əksinə dəniz dəniz dalğalarını üstümüzə çiləyək.
Əlini ver mənə birlikdə gəzək çəmənlikdə. Dərmə mənim üçün gülləri, incitmə onları sadəcə qoxlayaq onları birlikdə, gözəl qoxularla sanki hislərimizə ətir vuraq.
Əlini ver mənə birlikdə dinləyək sevdiyimiz musiqini, rəqsə dəvət etmə məni. Sadəcə zümzümə edərək dinləyək. Hopsun həzin musiqi notları hisslərimizə.
Əlini ver mənə birlikdə sinə gərək çətinliklərə. Mən yıxılsam səndə mənimlə yıxılma. Əksinə yıxılanda fiziki əzilsəm belə mənən əzilməyimə yol vermə.
Əlini ver mənə çıxaq dağın başına "yoruldum" deməyək. Əksinə çıxaq dağın zirvəsinə və söyləyək :
Allahım heç bir zaman bizdən əlini əsirgəmə.
Bəs siz, hal-hazırda kimin əlindən tutmaq istərdiniz?
Yer imleri