1 sonuçtan 1 ile 1 arası
-
11-01-2009, 06:13 PM #1
Dodağım “öp” deyir, ürəyimsə “qal”...

Dodağım “öp” deyir, ürəyimsə “qal”
Səni sevə-sevə mən olmuşam lal
Məni sənsiz qoyub getmə uzağa
Nə olar, sevgilim, sən yanımda qal.
Gözlərimdə qığılcım, qəlbimdə atəş
Sevirəm söyləyir qəlbimdəki səs
Sənin sevgin mənə qol-qanad verir
Sənsiz yaşamıram, almıram nəfəs
Sənsizlikdən, Gülüm, bezmişəm, inan
Sevgi dəryasında azmışam, inan
Qəlbimdə səninçün yer ayırmışam
Oraya tək səni yazmışam, inan.
Ürəyim yamanca istəyir səni
Duymaq istəyirəm şirin kəlməni
Sevgi aləmində sənlə tək qalıb
Sevmək istəyirəm doyunca səni


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri