Sənli şəhərdə sənsizəm . Ürəyim səni axtarır . Həsrətindəyəm .Səninlə eyni dünyada nəfəs alıb üzünü görməmək dəhşətli əzabdır mənə
SENLI SHEHERDE SENISIZEM
BEZEN EYNI YOLU GEDIRIK
AMA BIRI BIRIMIZI GORMURUK
BELKE DE EYNI QATARDA OLURUQ
BELKE DE EYNI AVTOBUSDA
SENISZLIK...
AMA MEN NIYE SENI GORMUREM?
BELKE DE SEN YUXUSAN
KASH OYANARDIM BU YUXUDAN!Emo*2
3 sonuçtan 1 ile 3 arası
-
10-22-2009, 11:33 PM #1
Sənli Şəhərdə SənSizəm

Sənli Şəhərdə SənSizəm . Ürəyim səni axtarır . Həsrətindəyəm .Səninlə eyni dünyada nəfəs alıb üzünü görməmək dəhşətli əzabdır mənə
Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Sən yox idin. Minlərcə addım atdım bu şəhərin hər guşəsində. Hər parkı, hər ağacı əzbərlədim. Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım
Evlərin divarları bir-bir üzərimə yıxıldı. Üzərimə yıxılmış sevgi acısını ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq əllərini axtardım. Gözlənti şerləri yazdım. Kimisinə ucadan kimisinə səssizcə söylədim
Onlar məni, mən isə səni duymaq istəyirdim. Səni axtarmaqdan yorğun olmuş bədənimi qaranlığın qucağına uzatdım hər gecə. Bir göz qırpımında səhərin açılması üçün yuxuya getməyimi istədim.
Bacarmadım. Səhəri gözlərimi bağlamadan açdım. Hər gecə sakitcə ayaq səsləri dinlədim, bəlkə gələn sən olarsan deyə. Hər yağışla birgə hüzndə yağdı ürəyimin üzərinə. Buludlar yalnızlıq rəmzi idi mənim üçün. Məni isladan yağış damlaları olmadı. Mən hər mövsümdə sənin yoxluğun ilə islandım. Həyat bahara çiçəklərini açaraq xoş gəldin deyirdi. Uzun qış aylarından sonra gəlməz sandığım köçəri quşlarında döndüyünü gördüm.
Sən yox idin. Hər bir kəsə səni görərəm deyə baxdım. Adı bilinməyən qəsəbələrə getdim səndən bir iz tapmaq üçün. Dənizin sonsuz dalğalarına ümid bağladım.
Limanlarda keçirirdim gözləntilərimi. Hər zamanda olduğu kimi limanlardan sən olmadığın gəmilər keçdi. Gözümdən bir tək damla yaş axmadı. Onlar sənə qalmalı idi. Heç kimsəyə söyləmədim həsrətini. Gözləntini kimsəyə anlatmadım. Fırtınalar qopdu ürəyimdə, dalğalar qovdu xəyallarımı.
Sığınacaq bir liman, yaşlanacaq bir köşə axtardım. İçimi açıb tökəcək bir insan axtardım. Hər gecə ay param parça oldu. Hər gecə ulduzlar bir-bir düşdü soraqlara. Ulduzları saçına taxıb gəlişini gözlədim. Ayı ovcunda mənə gətirməni gözlədim və bir günəş kimi doğub bu qara dünyamı aydınlatmanı istədim. Amma sən yox idin...
AyrılıQ Nədirki?-Gözlərdə YaŞlar
-
10-23-2009, 04:36 PM #2
Re: Sənli Şəhərdə SənSizəm
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
10-23-2009, 11:03 PM #3Senior Member
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 527
Re: Sənli Şəhərdə SənSizəm
Asiq olmayanlarin nezerine:Sehiyye nazirliyi xeberdarliq edir ,sevgi ,esq ,mehebbet saglamliginiz ucun tehlukelidir


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri