COX GOZEL OLUR SENIN MOVZULARIN BUNLAR UCUN COX SAQ OL ,AMMA MEN BUNLARI SADECE ANLAMIRAM ,MEN BUNLARI YASAYIRAM
28 sonuçtan 1 ile 10 arası
-
08-27-2009, 08:27 PM #1
Bir həsrət , min nifrət …
Əsrlərin ağırlığını çiyinində daşıyan bir ulu ağac … Sevgimizin yaşıllaşdığı , cücərdiyi o ağac … Bizi həm sevən , həm nifrət edən , şeirində ki , şeirimdə ki , mahnılarımızda ki o ağac … Səni və məni bir-birimizə bağlayan və yenə bizi heç ağrımadan ayıran .. Sevginin cadusu , insanlığın gizi və o müqəddəs ağacın izi … Səninlə mən , eyni yolda gedəcək və gün gələcək bir yerlərdə yenidən birləşəcəyik. Amma çox təəssüf ki o günə qədər , öz istəyimizlə çox ağrılar çəkəcəyik. Hələ zamanı gəlmədi….
Yenə eyni yerdəyəm , eyni stolda otururam… Qarşımda boş bir stul və boş bir stəkan amma soyuq deyil , əksinə ola bildiyincə isti… Sanki yanımdaymışsan , sanki hələ yeni getmisən kimi … Ayların o acı ağrılı , iti soyuqluğundan uzaq … Baxarkən insanlara , gülürəm özümə , bu bədbəxt , bu alçaq və yazıq halıma … Bir sən , bir mən , bir də ətrafımızda olanlarla .. Yo yo , nə sən , nə də mən … Ancaq ətrafımızda olanlar …Həmişə başqaları … İllərin yığılmış əzikliyi və axan yaşlarla dünyaya buraxdığım nifrətin izləri … Günah idi bu , qadağan idi , dünya dursa da ola bilməzdi amma oldu … Bu gün , bu anda və eyni yerdə , ağrıyla …
Yenə burada … Səninlə amma sənsiz … Ağrıyla amma xoşbəxt … Qarşımda sən , əllərimdə əllərin və qulaqlarımda zingildəyən o səsin .. Bir ağac və gələcək günlərdən küləklərlə gələn bir xəbər… Aldanmışam və qəbul etmək məcburiyyətindəydim … Təkdim amma ancaq elə olmasını istədiyim üçün … Bilməliydim .. Amma edə bilmədim və hər şeyə təəssüf , həm də çox təəssüf etdim … Naməlum idi bəlkə də çünki yalan idi … Amma biz vardıq , yaşananlar yalan ola bilməzdi …
Bir adam var qabağımda .. Gülən , danışan , sevinc dolu bir adam … Nifrətini , ağrısını , üsyanını , uşaq kimi bir rəftarla gizləməyə çalışan bir adam. … Hər şeyi istəyən , xəyal və ümid edən və ağrılara söykənə bilməyən bir adam .. Və o adam qışqırır … Qaçır və özünü buz kimi , bıçaq kimi soyuq sulara buraxmaq istəyir . Amma olmur , ona maneə olunur. Həyat qarşısında , həyat əllərində artıq amma yalnız bir dəstə …
Bir dəstə həyat … Bir yağış damlası düşür dodaqlarına və o hıçqırıq fəryadinca azadlığına qovuşur. Adama baxıram , olmur , heç cür gözlərinin də içindən keçib , ürəyinə süzülə bilmirəm , icazə vermir , olmur …
Elə ağrılı , elə dərin və elə gülməlidir ki izah edə bilməm … İki ildir görmədiyim bir insan və illərin həsrətiylə yandığım bir başqa insan .. Və adam … Küləyi dinləyirəm. Mənə insan səsləri gətirir. Mənası dərin mahnılar və ağrılar … Küləyi dinləyirəm. Küləyi istəyirəm , nə olar içimdə ki tufana yoldaşlıq et deyə yalvarıram …
Bir şəkil çəkmək istəyirəm amma sözlərimlə … Səni çəkmək , səni izah etmək istəyirəm bütün kainata .. Amma olmur , gücüm çatmır , edə bilmirəm … Nə səni , nə də sənə olan sevgimi izah edə bilmirəm … Çünki ; Sən izah edilə bilməzsən , sən yaşanmalısan və görülməlisən , sən hər şeyə dəyərsən … Və sən izah edilməklə bitməzsən … çox uzaqda deyil , tut onu və tut möhkəmcə … Və sən heç vaxt mənim etdiyimi etmə … Və nə olar QIYMA , qıyma ona … Dinlə məni və nə olar anlamağa çalış … UNUTMA SEVDİYİM , bunu heç vaxt UNUTMA !...
Dünən gecə yuxumda gördüm səni yenə .. O yetkin halın və ən sakin rəftarınla. Əllərini uzadıb tutdun əllərimi , dost bir öpüş qondurdun yanağıma , dostca sarıldın mənə möhkəmcə … Özümü məcbur etsəm də edə bilmədim və sən yenə mənimlə , yalnız yuxularımı paylaşacaqsan , sonsuza qədər mənimlə yaşayacaqsan …
Ağrılı bir təbəssüm , ağrılı bir qışqırıq və tuta bilmədiyim dərin bir hıçqırıq … Ürəyimdə gizlənən bir köz , içimdə yanan bir od kimi … Arzuyla yanan dodaqlarımdan tökülən bir söz və səni sevmənin əvəzi olan bu ağrı … İçimdə yanan və illərcə içimdə qalan … Bu gözlərimdə ki ağrılar və mənası dərin mahnılarımda ki həsrətlər qədər dərin …
Həmişə gül demişdin mənə. Heç bir vaxt çəkinmə ağlama və bir şeir , bir mahnı hədiyyə etmişdinil mənə. Gülməm üçün , ağlamamam üçün … Amma indi mən , sənsiz o şeirlə , o mahnıyla ağlayıram. Tökülən hər damcıda səni axtarır , səni istəyirəm. Keçən günlərə ağrılı bir təbəssümlə baxarkən , qaranlığa qışqırıram. Və səni səni , nə qədər çox sevdiyimi deyirəm…
Bu ağrılı qışqırığımı heç kim eşitmir , hətta mən belə , eşitmək istəmədikcə …. Buraxmaq istəmirəm xatirələrin arxasını , buraxmaq istəmirəm yazıq sevgimi … Titrəyən dodaqlarımdan tökülən bir söz ; Səni sevirəm , sevirəm .. keçən bütün zamana baxmayaraq sevirəm , çox sevirəm səni …
Bir həsrət , min nifrət … Və sevgiylə tutulan bir əl … Bax bu tək səbəbdi …
bu mövzu çox ama çox xoşuma geldi ele özümün yeni xahiş edirem bunu diqqetle oxuyun anlayın
-
08-28-2009, 11:51 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bir həsrət , min nifrət …
-
09-03-2009, 12:53 AM #3
Re: Bir həsrət , min nifrət …
nifret hissleri yene oyanmağa başlayır ha deyirsen yox Nicat herşey yaxşı olacaq ama olmur ele herşeye nifretin oyanır yene
-
09-04-2009, 05:28 PM #4Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Mesajlar
- 431
Re: Bir həsrət , min nifrət …
-
09-06-2009, 06:25 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bir həsrət , min nifrət …
duzdur amma yene de her seyin ne vaxtsa yaxsi olacaqi haqda dusunmeyimiz gereklidir
NuriyeV Nickli Üyeden Alıntı
-
09-06-2009, 06:41 PM #6
Re: Bir həsrət , min nifrət …
düzdü ama sadece teselli vermekle düzdü
Xeyallarim Nickli Üyeden Alıntı
-
09-06-2009, 06:47 PM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bir həsrət , min nifrət …
xos arzular olmasa biz yasaya bilmerik
NuriyeV Nickli Üyeden Alıntı
-
09-06-2009, 06:50 PM #8
Re: Bir həsrət , min nifrət …
arzular vardı insan neyese ümid edir düzdü bu gün gece yatanda düşünürki sabah bunu edecem onunla ümid edirsen ama oda olmur qırılırsan meselen men yaxınlarda çox qırılıdım ama o qarşı terefin heç vecine olmadı çünki duyğusuzun biri
-
09-06-2009, 06:53 PM #9Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Bir həsrət , min nifrət …
sen qarsi terefin yerine nece danisa bilirsen axi ?
NuriyeV Nickli Üyeden Alıntı
-
09-06-2009, 06:57 PM #10
Re: Bir həsrət , min nifrət …
çünki özü öz diliyle deyir daha doğrusu yazır belkede ona adi gele biler ama men bir bu deyimki çox hessasam neyese ümid edirem o olmayanda onu asanlıqıa unuda bilmirem eziyyet verir ama bile bileki bu ola bilerdi ama olmadı oturub sehvimi düşünürem ama sehv görmürem bilmirem heçne bilmirem sadece eseb ve üreyimdeki istek bir biriyle yola getmir


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri