Allah razı olsun! Bu dünya oyun oyuncaq deyildir və əlbətki ən kicik xeyir və şər əməlimizin haqq-hesabı olacaqdır.
Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (əl-Müminin, 115)
2 sonuçtan 1 ile 2 arası
-
07-11-2009, 07:37 PM #1
Bir kəndirin hesabı
Varlı bir insan ölümdən və qəbirdə tək qalmaqdan çox qorxurmuş. “Basdırıldığım gecə mənimlə birlikdə qəbirdə qalan insana var-dövlətimin yarısını bağışlayıram” , - deyə vəsiyyət edir.
Öldüyü gün onun vəsiyyətini aləmə car çəkirlər. Bir hambal: “Dünyada varım-yoxum bir kəndirim var, bir gecəni qəbirdə keçirim, sonra dünyanın ən varlı insanlarından biri olaram”, - deyib, bir gecəni qəbirdə keçirməyə razılaşır. Hambalı ölü ilə birlikdə qəbrə qoyurlar.
Sorğu-sual mələkləri gəlib görürlər ki, qəbirdə bir ölü, bir də diri var. “Ölü onsuz da əlimizdədir, yaxşısı diridən başlamaqdır”, - deyib, hambalı hesaba çəkirlər. “Bu kəndir kimindir? Onu haradan almısan? Neçəyə almısan? Niyə almısan? İndiyə qədər onunla nə daşımısan?”... Sabaha qədər bu suallar bitmir.
Hambal səhərisi günü qəbirdən çıxır. Ona: “Var-dövlətin yarısı sənindir”, - dedikdə: “Xeyr, istəmirəm. Səhərə qədər bir kəndirin hesabını verib qurtara bilmədim, bu boyda sərvətin hesabını necə verəcəyəm?”, - cavabını verir.
Həyatda istifadə etdiyimiz hətta kiçik ne`mətlərin hesabını vermək asan olmayacaq... Bunu Unutmayaq!!!
-
07-11-2009, 08:09 PM #2Moderlər
- Üyelik tarihi
- Sep 2007
- Yer
- Azerbaycan
- Mesajlar
- 2.061
Re: Bir kəndirin hesabı
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.




LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri