Əsas məzmuna keç
6 sonuçtan 1 ile 6 arası

Faciəli bir Ayrılıq

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Faciəli bir Ayrılıq

    Telefonda

    Oğlan: Canım biz danışmalıyıq.

    Qız: Rico ne olub ki?

    Oğlan: Bir dəyişiklik olacaq...

    Qız: Nə? Nə isə olub ki? Pis xəbərdi?

    Oğlan: Səni incitmək istəmirəm canım...

    Qız fikirləşir: Ay Allah, nə olar ele et ki məndən ayrılmasın...Mən onu çox sevirəm axı.

    Oğlan: Canım ordasan?

    Qız: Hə...hə burdayam. Demək istədiyin nədi?

    Oğlan: Bilmirəm deyim yoxsa yox.

    Qız: Söhbəti sən açmısan, sən də sona kimi danış! Xahiş edirəm nə olub axı?

    Oğlan: Mən gedirəm...

    Qız: Sən nə danışırsan? Mən sənin getməyini istəmirəm, səni sevirəm!!!

    Oğlan: Yox o mənada yox...başqa uzaq yerə getdirəm.

    Qız: Axı niyə? Valideynlərin də qohumların da burda qalır.

    Oğlan: Bilirəm. Ancaq atam məni uzaqda internata göndərir.

    Qız: Buna inana bilmirəm mən.

    Oğlan: Canım mənimlə qaçarsan?

    Qız: Canım bilirsən ki sənin üçün hər şey edərəm, ancaq mən qaça bilmərəm. Atam məni öldürər!

    Oğlan Kədərli: Eybi Yoxdu canım...mən başa düşürəm. Qulaq as mən sənə bir şey verməliyəm, çünki artıq sabah tezdən aeroportda olmalıyam.

    Qız: Hə yaxşı. Evdən gizlin çıxıb, səninlə parkda görüşərik.

    Oğlan: Oldu. 20 dəq. ordayam.

    Bunlar parkda görüşürlər, qucaqlaşırlar və oğlan qıza bir məktub verir

    Oğlan: Ala bu sənin üçündü. Mən getməliyəm.

    Qız: Artıq göz yaşlarını gizlədə bilmir və ağlayır.

    Oğlan: Canım xahiş edirəm ağlama, sən bilirsən axı səni çox sevirəm ancaq mən artıq getməliyəm.

    Qız: Yaxşı.

    İkisi də evə qayıdırlar və qız oğlanın verdiyi məktubu oxumağa başlayır.

    Məktubda:
    Bu məktubla sənə sübut etmək istəyirəm ki mən səni HEÇ VAXT SEVMƏMİŞƏM əksinə sənə o qədər nifrət edirəm ki. Heç vaxt mənə əziz olmamısan, heç vaxt səninlə birlikdə olmaq istəməmişəm və heç vaxt səninlə danışmaq da istəməmişəm. Səni bir daha görmək istəmirəm sənin sevgin üçündə heç darıxan deyiləm. Sənə nifrət edirəm. Sağ ol!!!

    Məktubu oxuyandan sonra qız ağlamağa başlayır və məktubu yerə atıb evə qayıdır. Bir gün keçir və qız yenə də özünü tək və gücsüz hiss edir. Bir az keçmiş telefon zəng çalır və qız cavab verir.

    Qız: Alo?

    Qızın yaxın dostu: Özünü necə hiss edirsən?

    Qız: Hələdə inana bilmirəm ki o məni heç vaxt sevməyib.

    Dostu: Hə yaxşı yadıma düşdü Rico mənə zəng etmişdi və deyirdi ki sənin cibinə başqa bir məktub qoyubdu. Onu oxusun dedi.

    Qız cibinə baxır və doğurdanda bir məktub olduğunu görür.

    Məktubda:
    Həyatım, yəqin ki bayaq ki məktubda yazdığım sözləri ciddi qəbul etmədin. Fikirləşdim ki birdən məktub atanın əlinə keçər ona görə özüm qəsdən elə yazdım. Sən unutma ki MƏN SƏNİ HƏMİŞƏ SEVƏCƏM!!!

    Qız: Ay Allah, Rico məni doğurdanda sevir. Yəqin bu məktubu onunla görüşəndə cibimə qoyub.

    Dostu: Hə əlbəttə ki, gözəl. Mən indi getməliyəm. Özünə yaxşı bax. Hələlik

    Qız: oldu. Səndə. Hələlik

    Qız dəstəyi üstünə qoyub televizoru yandırır və xəbərlərdə dəhşətli bir hadisə baş verdiyini görür.

    Xəbərlər: Bir saat bundan əvvəl bir təyyarə qəzası baş verib. 47 nəfərdən çox adam həlak olub və hələdə sağ qalanları axtarırlar. Bu faciəni biz heç vaxt unutmayacağıq. Qəzaya düşən bu təyyarədə internata yola düşən tələbələr var idi. Allah rəhmət eləsin o cavanlara.

    Qız televizoru söndürür və bu dəhşətli xəbərdən sonra fikirləşir ki sevgilisiz həyatın mənası olmayacaq və 3 gün sonra özünü öldürür.

    Bir gün sonra qıza zəng gəlir, lakin heç kim dəstəyi götürmür. Zəng edən qızın sevgilisi, Rico idi.

    Rico mesajda yazır: Salam canım, yəqin evdə deyilsən. Sadəcə sənə demək istəyirəm ki mən sağam və uçuşumu təxirə saldırdım ki səni bir dəfə də görüm. Sənə yaxşı xəbərim var mən artıq bir daha heç bir yerə sənsiz gedən deyiləm. Sağ ol həyatım. Evə gələndə mənə zəng edərsən. Səni çox ama lap çox sevən Rico!!!


    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Faciəli bir Ayrılıq

    hayıfffff Bir sevgide bele bitti
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Re: Faciəli bir Ayrılıq

    ÇOK ÜZÜLDÜM YAA

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Faciəli bir Ayrılıq

    Inandirici deyildi , beyenmedim !!!!

  5. #5
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Faciəli bir Ayrılıq

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Inandirici deyildi , beyenmedim !!!!
    daa niye hirslenirsiniz ki??????

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Faciəli bir Ayrılıq

    Alıntı sus-qun Nickli Üyeden Alıntı
    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    Inandirici deyildi , beyenmedim !!!!
    daa niye hirslenirsiniz ki??????
    Yox men hirslenmedim sadece inanmadim

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.