Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

B1 (Tiamin) ilə yaddaşınızı möhkəmləndirin

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    B1 (Tiamin) ilə yaddaşınızı möhkəmləndirin

    B1 (Tiamin) ilə yaddaşınızı möhkəmləndirin

    Hüceyrələrin inkişafı və sinir sistemi üçün B1 vitamini çox faydalıdır. Bu vitamin əsasən şəkər xəstəliyi, toxumaların sərtləşməsi, sinir xəstəliklərinin qarşısının alınması zamanı istifadə edilir, yaşlı adamların zehni funksiyalarının bərpasına yardımçı olur.

    B1 vitamini hansı qidalarda olur?

    Quru lobya, yumurta, süd və süd məhsulları, meyvə-tərəvəzlər bu vitaminlə zəngindir.

    B1 vitamini əskikliyi nələrə yol açır?

    B1 vitamini çatışmadıqda “Wernicke-Korsakoff” sindromu xəstəliyi meydana gəlir. Ciddi beyin xəstəliyi olan bu sindrom yorğunluq və depressiya ilə nəticələnir. B1 vitamini çatışmadıqda gözlərdə taqətsizlik, yaddaş pozğunluğu, qəbizlik, başağrısı və qıcolma kimi problemlərə səbəb olur. Bəzən bu, ölümlə də nəticələnir. Hər bir insan gündəlik olaraq, 1,5 milliqram B1 vitamini qəbul etməlidir.

    ZAMAN

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.