Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Soyuq hava iştaha açır

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Soyuq hava iştaha açır



    Qış aylarında vaxtın bir hissəsi evdə, ya da iş yerində keçdiyindən çəkini artırmaq da asanlaşır.

    Çünki soyuq havanın təsirindən yemək ehtiyacı da artır. Həm də gündüzlər qısa olduğundan gün ərzində qidalanmaya çox diqqət yetirmirik. Hətta acdığımızı belə hiss etmirik. Gecə olduqda isə gün boyu yaşanan uzunmüddətli aclığın fərqinə belə varmırıq.
    Soyuq hava ilə birlikdə bədənimizin temperaturu azalır. Odur ki, soyuqdan özümüzü qorumaq üçün istiliyə can atırıq. Üşüdükcə enerjiyə olan tələbatımız artır və qidalanmağa, xüsusən də, daha çox enerji verən məhsullardan istifadə etmə yə başlayırıq. Yüksəkenerjili qidalar əsasən karbohidrat və yağla zəngin qidalardır ki, bunlar da kökəlməyimizə şərait yaradır.

    Artıq çəkiyə sahib olmamaq üçün...

    1. 5-6 öynə, az və tez-tez qidalanma rejimi qurun.
    2. Qanda şəkərin səviyyəsinə uyğun olaraq, proteinli yeməklərlə karbohidratlı yeməkləri qarışıq istifadə etməyin.
    3. Bol su için.
    4. Mütləq rejimlə qidalanın.
    5. Gün ərzində ən azı 20 dəqiqəlik ortatempli qaçış idmanı ilə məşğul olun.

    Menyunuz necə olmalıdır?

    Səhərlər:
    1. Şəkərsiz bitki çayları.
    2. 40 qram ağ pendir və ya 1 ədəd yumurta.
    3. 2 dilim kəpəkli çörək.
    4. 6 ədəd zeytun, pomidor + yaşıl bibər.
    Ara öynə:
    1. 1 ədəd portağal və ya 2 ədəd mandarin.
    Günorta:
    1. 1 kasa şorba.
    2. 8 qaşıq ətli göyərti.
    3. 8 qaşıq yarma və ya 1 ədəd kartof.
    4. 1 stəkan qatıq.
    5. 1 dilim kəpəkli çörək.
    6. Az yağlı salat.
    Axşamüstü:
    1. 1 kasa şorba.
    2. 1 pay balıq və ya toyuq (dərisiz).
    3. Üzərinə 6 qaşıq zeytun yağı tökülmüş doğranmış göyərti.
    4. 1 dilim kəpəkli çörək.
    Gecə:
    1. 2 pay təzə meyvə.

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Nov 2008
    Mesajlar
    4

    Re: Soyuq hava iştaha açır

    soyuq hava niye istah acir?izahi:
    soyugun tesirinden derideki termoreseptorlar qiciqlanir,reseptorlardan melumat afferent yolla hipotalamohipofizar sisteme oturulur.onun tesiri ile adrenalin ve tireoid hormon artir.boyuk suretle qlukoza menimsenilir,bunun neticesinde 1 muddetden sonra qanda qlukozanin miqdari keskin enir.azglukozali qan hipotalamusun ventrolateral nuvelerini(acliq merkezini) qiciqlandirir ki bu da acliga sebeb olur...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.