1 sonuçtan 1 ile 1 arası
-
01-07-2008, 05:57 PM #1
HALAL VƏ HARAM
HALAL VƏ HARAM
Dünyaya gəldiyimiz və yaşadığımız bu aləm etiqadımıza görə imtahan yeri və məkanıdır. Ağıla, zəkaya və inanca sahib hər bir kəs burada imtahan olunur.
İmtahan olunan fərdlərə icazə verən və ya onlara qadağa qoyulan əməllər toplusu “təklif” adlanır. Təklifləri həyata keçirmək üçün insanın lehindəki və ya əleyhindəki haqlara sahib əhliyət sahibi olmalıdır. Əmr və qadağanlara tabe tutulan fərd “mükəlləf” adlanır. Mükəlləfin işlədiyi əməllərə isə əfali mükəlləf (mükəlləfin əməlləri) deyilir. Bu əməlləri bizə vaaz edən Uca Yaradıcıdır. Kəliməyi şəhadəti dil ilə iqrar edib, qəlbi ilə təsdiqləyən hər kəs Allahın bütün əmrlərinə “eşitdim” və “itaət etdim” davranışı ilə qarşılıq verməlidir. Bu səbəblə hər mükəlləf şəxsin halal və haram mövzüsunu bilməsi vacibdir.
Halal:
Halal – lüğətdə düyünü açmaq, yükü endirmək, borcu ödəmək və ağırlıqdan qurtulmaq mənalarına gəlir. Terminoloji mənası isə işlənməsi icazə verilən bütün əməllər və yeyilib içilməsində günah və ya savab olmayan nemətlər deməkdir.
Quran-i Kərimdə bu kəlimə müxtəlif ayətlərdə keçməkdədir. Bir neçə misal :
1. Taha surəsi 25-28 ayətlərdə keçən: (Musa) dedi ki: “Rəbbim, mənim könlümə genişlik ver. İşimi asanlaşdır. Dilimdən bu düyünü aç ki, sözümü yaxşı anlasınlar.”
2. Tahrim surəsi 2-ci ayətdə “Allah andlarınızın (kəffarət) açılmasını sizə fərz qılmışdır. Allah sizin vəlinizdir. Hikmət və hökm sahibidir.
Haram:
Haram – harama kökündən törəmiş, hörmət və möhtərəm sözləri də bu kəlimədən yaranmışdır. Terminoloji mənası isə səbəb nə olursa olsun, işlənməsi qadağan olunan şeydir. Qəti surətdə işlənməsi qadağan olunanın haramlığına əsas şərt Quran-i Kərim və Həz. Peyğəmbərin (s.ə.s) hədisləridir. Quran-i Kərimdə bu şərt bariz şəkildə açıqlanır: “Dilləriniz yalan yerə bu halaldır, bu haramdır deməsin. Çünki Allaha qarşı yalan danışmış olarsınız. Allaha yalan danışanlar isə şübhə yox ki, qurtula bilməzlər.” Bir kimsənin hər hansı bir şeydən yoxsun olmasına, məhrumiyyət deyilir. Həcc və ümrə ibadəti əsnasında geyilən xüsusi qiyafətə ehram deyilir. Ehram - ayaqlar altına düşməyən bir hörmətə girdi - mənasını verir. İnsan yer üzündə Allah Təalanın xəlifəsi olduğu üçün hörmət sahibi varlıqdır. Bu səbəblə insan öldürmək və haqsız yerə hər hansı üzvünə zərər yetirmək haramdır, qadağandır. Möhtərəm, toxunulmaz mənasına ən birinci nümunə Kəbənin yerləşdiyi Məscidül Haramdır.
İnsanların işləyəcəkləri əməllər üzrə haram iki yerə ayrılmışdır:
1. Haram liaynihi – Zatı ilə haram olan yasaqlar. İnsanların can, mal, nəsil, ağıl və din əmniyətini pozan əməllər zatı ilə haram olan əməllərə daxildir; Adam öldürmək, oğurluq etmək, şərab içmək, donuz əti yemək, zina etmək, mömün və evli qadınlara zina iftirasını etmək kimi əməllər bu kateqoriyaya daxildir.
2. Haram liqayrihi – Zatı ilə deyil, hər hansı bir səbəbə görə haram adlanan əməllər daxildir: alma yemək haram deyildir, ancaq bir başqasının baxçasından sahibinin icazəsi olmadan almanı yemək haramdır.
Yer üzərində yaşayan bütün insanlar üçün “müştərək halallar” və “müştərək haramlar” vardır. Bir şeyin halal və haram olmasının tək ölçüsü vəhydir. Məşhur alim İbn-i Abidin deyir ki: “ Heç bir şey ağıl ilə haram olmaz. Yəni bir şeyin haram olduğuna ağıl hökm verə bilməz. Bu hökm ancaq Allaha məxsusdur. Bir şeyin gözəl və ya çirkin olduğunun isbatı şəriətdir. Ağıl isə, gözəllik vəya çirkinliyi dərk etmək üçün vasitədir.”
Quran-i Kərim “Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz və gözəl şeyləri haram etməyin. Həddi aşmayın. Çünki Allah həddi aşanları sevməz” hökmü ilə bəyan etmişdir. İbn-i Abbas buyurur ki, haramı halal etmək nə qədər təhlükəlidirsə, halalın haram olması da eyni dərəcə təhlükəlidir.
Halala ifrat dərəcədə məhəbbət edən Quran-i Kərim və hədislərdə “mütrəfun” adlanan qrupdan söz edilir. Onlar yemə içmələrində, davranışlarında aşırı lyuks yaşayan insanlardır. Allah bir bölgəni həlak etmək istədikdə o bölgənin qədərinə həmin mütrəfun deyilən insanları hakim qılar. Beləliklə, yemək və içməyi özlərinə həyat məqsədi etmiş insanlar İlahi təhdidə səbəb təşkil etmiş olurlar.
Eyni zamanda bu cür maddiyyata bağlı insanların haqpərəst olmaları da çox çətindir. Çünki insan “heyvaniyyətdən çıx, cismaniyyəti burax, qəlb və ruhun yüksək dərəcələrinə qalx” məntiqi ilə hərəkət edərsə haqpərəst ola bilər.
Bu etibarla mübahlardan, halallardan ifrat dərəcədə faydalanma qayəsində olan insan bir növ təhlükə ilə qarşı qarşıyadır. Rahat bir həyatda insanın ayağının sürüçəcəyi ehtimalı daha çoxdur. Budur ki, haramı halal etmək nə dərəcə ağır cinayətdirsə, halaldan da ifrat dərəcədə istifadə etmək insanı fani dünya həyatında bataqlığa sürükləyən amildir.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri