1 sonuçtan 1 ile 1 arası
-
10-28-2007, 03:47 PM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Rusiyada robotlar güləşir, Yaponiyada isə...

Gündəlik həyatımızdakı rolları ilə bir çox sahədə insanları əvəz edən robotlar artıq idman sahəsində də özlərini göstərməyə başlayıblar.
Belə ki, Moskvada keçirilən “Robot-Texnika” sərgisində texnologiya möcüzələri güclərini döşək üzərində sınayıb. Sərgidə əvvəlcə Rusiyanın müxtəlif bölgələrindən gəlmiş robot istehsal edən firmaların insanlara təhsil, təhlükəsizlik, kənd təsərrüfatı, hərbi və sair sahələrdə yardımçı olacaq məhsulları nümayiş etdirilib. Ardınca isə şirkətlərin xüsusi olaraq güləş üçün hazırladıqları robotlar tamaşaçıların qarşısına çıxıblar. Qolları və ayaqları olan 35 santimetrlik metal güləşçilər texnoloqlar tərəfındən uzaqdan idarəetmə yolu ilə güləşdiriliblər. Qaydalar çərçivəsində keçirilən yarışda yıxılıb, 10 saniyə içində qalxa bilməyən “iştirakçı” nokaut olmuş hesab edilib. Ancaq çox vaxt eyni anda yıxılan robotların uzun müddət yerlərindən tərpənməməsi yarışda fasilələrə səbəb olub. ”Çempionat”da Moskvanın “Proton”, Maqnitoqorskın “Expression” və “Kuvalda”, Bauman Universitetinin “Boris”, Zelenoqradın “New Robotics” komandaları iştirak ediblər. Rusiyada ilk dəfə belə bir yarışın keçirildiyini deyən təşkilatçılar gələcəkdə boyu 1,5 metr, çəkisi isə 30 kiloqramdan ağır olan robotlar arasında güləş birincilikləri təşkil edəcəklərini bildiriblər. Rusiyadan fərqli olaraq, Yaponiyada robotlar kollektiv şəkildə yarışıblar. Tokioda “2007 Robot İdman Qarşılaşması” adı altında keçirilən çempionatda robotlar qapalı stadionda futbol matçında üz-üzə gəliblər. Göstərdikləri oyunla tamaşaçıları heyran edən “metal futbolçular” tamaşaçıları coşdurmaq üçün sanba musiqisinin müşayiəti ilə şou da göstəriblər. Robotların bir qismi uzaqdan idarə olunduğu halda, bəziləri əvvəlcədən proqramlaşdırılmış şəkildə meydana çıxıb. “Sony” firması tərəfindən istehsal edilən və Samuray geyimlərində sərgilənən “AİBO” it-robotları da tamaşaçıların böyük marağına səbəb olub.
Anar Hacı[
Ya da
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri