İmtahan

İmtahan ümidlə qorxunu, sevinclə kədəri içində saxlayan sehrli bir sözdür. İnsanı nə güldürür, nə ağladır. Zövq də, səfa da, əzab da, cəfa da ondan sonra başlayır. Bütün bunlar dünya imtahanı üçün də belədir. İnsan da bu dünyada imtahan qarşısındadır... İnsan həddi-büluğa çatana qədər kağız-qələmini hazırlayır. Həddi-büluğa çatandan sonra da imtahan kağızını, əməl dəftərini doldurmağa başlayır və ölənə qədər qələm əlindən düşmür.

[