Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kamil iman sahibinin qədərə (tale) təslimiyyəti

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Kamil iman sahibinin qədərə (tale) təslimiyyəti

    Kamil iman sahibinin qədərə (tale) təslimiyyəti



    De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

    "Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə xəbər verildiyi kimi, Allah canlı-cansız bütün varlıqları qədərləri ilə birlikdə yaratmışdır. Allahın təyin etdiyi qədər (tale) xaricində heç bir varlığın yaxşılığa, ya da pisliyə mane olmağa və ya əksinə çevirməyə gücü yetməz. Məhz kamil iman sahibləri də "Allahın onlar üçün yazdıqlarından başqa başlarına heç bir şey gəlməyəcəyi"nin şüurunda olan insanlardır.

    Bu həqiqət əslində möminlər üçün yaradılmış sonsuz bir rahatlıq qaynağıdır. Çünki yer üzündə kiçik-böyük bütün hadisələri, hər cür xırdalığı ilə "sonsuz bir ağıl" planlamaqdadır. Bu səbəblə də hər biri möminlər üçün ən xeyirli şəkildə baş verir.

    Bu mütləq həqiqəti qavrayan kamil iman sahibləri Allahın sonsuz ağlı ilə təyin etdiyi qədərə qəlbən təslim olaraq yaşayırlar.

    Allahın yaratdığı bütün hadisələri dinin mənfəətinə və inananların axirətlərinə faydalı olacaq şəkildə, bir hikmətlə yaratdığını bilirlər. Bir ayədə "...Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir" (Nisa surəsi, 141) şəklində bildirilməsi, hadisələrin mütləq surətdə inananların lehinə nəticələnəcəyini xəbər verir. Yenə bir başqa ayədə də "... Allah Ona yardım edənlərə, mütləq yardım edər...." (Həcc surəsi, 40) şəklində bildirilmişdir. Çünki Allah iman edənlərin dostu və vəlisidir. Allahı vəkil edən, yalnız ONA güvənən kamil iman sahibləri dünyada və axirətdə bu köməyin mütləq özlərinə çatacağını heç bir zaman unutmazlar. Xüsusilə də ilk baxışda əleyhlərinə görünən bir vəziyyət olduğunda, bu düşüncələrində qətiyyət göstərər, bunda bir xeyir olduğunu bilərlər.

    Allah dünyanı insanları sınamaq üçün xüsusi bir imtahan mühiti olaraq yaratmışdır. İnsanların çoxu başlarına bir yaxşılıq, gözəllik, ya da bərəkət gəldiyində bunun Allahdan olduğunu düşünərək Allaha qarşı təslimiyyətli və şükr edici bir rəftar göstərərlər. Ancaq tərs kimi görünən, ya da istəmədikləri bir vəziyyətlə qarşılaşdıqlarında bu təslimiyyətli rəftarlarını dərhal itirərlər. Allaha qarşı üsyan edib baş qaldırmağa qədər çatan bir təvəkkülsüzlük və nankorluq içərisinə girərlər. Quranda insanların bu vəziyyəti belə açıqlanmışdır:

    ... Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. (Şura surəsi, 48)

    Kamil iman sahibləri isə, "... Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (Ənbiya surəsi, 35) ayəsində verilən sirri qavramışlar. Lehinə, ya da əleyhinə kimi görünən hər hadisənin əslində Allaha olan imanlarının sınanması üçün xüsusi olaraq yaradılmış olduğunu unutmazlar. Qarşılaşdıqları hadisələr nə olursa-olsun Allaha olan təslimiyyətləri və təvəkkülləri azalmaz. Başlarına gələn və mənfi kimi görünən bir çox hadisənin əslində axirətləri üçün son dərəcə xeyirli nəticələr meydana gətirə biləcəyini bilərlər. Çünki Allah hər hadisəni insanın görə bildiyi və görə bilmədiyi bir çox hikmətlə birlikdə yaradır. Bu həqiqət bir ayədə belə xəbər verilir:

    ... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)

    Ayədə də diqqət çəkildiyi kimi, pislik sandığı şey əslində insan üçün bir yaxşılığa vəsilə ola bilər. Çünki insanın başına gələn bütün hadisələri "sonsuz ağıl" sahibi olan Allah planlayır. İnsanın ağılı və mühakiməsi isə çox məhduddur. Bu səbəblə insanın üzərinə düşən özünü hər ehtimalda yaxşıya çatdıracaq Allahın sonsuz ağlı ilə təyin etdiyi qədərə təslim olmaqdır.

    Bir hadisə ilk mərhələdə şər kimi görünə bilər, amma bəlkə də Allah burada bu hadisəyə məruz qalan insanların Özünə olan təslimiyyətlərini sınayır. Və bəlkə də ikinci mərhələdə bu hadisəni böyük bir xeyirə çevirəcək. Allaha güvənməyən insanlar ilk anda bunun bir sınaq olduğunu unudub təlaşa düşərlər. Kamil bir imana sahib olan insanlar isə həm gözəl bir rəftar göstərdikləri üçün Allahın rizasını qazanmış olurlar, həm də hadisənin nəticəsində mütləq bir xeyirə qovuşurlar.

    Quranda kamil iman mövzusunda ən gözəl nümunələri təşkil edən peyğəmbərlərin həyatlarından müxtəlif hissələr verilmişdir. Məsələn, Fironun zülmündən uzaqlaşmaq üçün Misir xalqı ilə birlikdə yola çıxan Hz. Musa ilk anda heç bir qurtuluş yolunun görünmədiyi bir vəziyyətlə qarşılaşmışdır. Qarşıya keçmələrinin qeyri-mümkün göründüyü bir dəniz kənarına gəldiklərində də Firon və ordusu onları izləyirdi. İlk baxışda xilas olmalarının qeyri-mümkün kimi göründüyü belə bir vəziyyətdə, Allahın hər yaratdığında bir xeyir olduğunu qavrayanlarla tərəddüdə qapılanlar müəyyən olmuşdur. Bu hadisə Quranda belə izah edilir:

    Günəş üfüqdən qalxarkən (Firon öz)(əsgərləri)(ilə)onları izləməyə başladılar.

    İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz ya**xalanacağıq!”– dedilər.

    (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”
    Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
    O birilərini də ora yaxınlaşdırdıq.

    Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

    O birilərini isə suya qərq etdik.

    Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (Şuəra surəsi, 60-67)

    Ayələrdə də xəbər verildiyi kimi, peyğəmbərin yanındakı insanlardan bəziləri dərhal ümidsizliyə qapılmış və "tutulduq" demişlər. Hz. Musa isə əsla ümidsizliyə qapılmamış və Allahdan qəti olaraq bir kömək gələcəyini unutmamışdır. Və Allah bu sınaqdan dərhal sonra bir möcüzə yaratmış, dənizin iki böyük su kütləsi şəklində ayrılmasını təmin edərək, peyğəmbər və onun yanındakı inananların xilas olması üçün yol göstərmişdir. Sonra da Firon və ordusunu bu sulara qərq etmişdir.
    Allah görünüşcə qəti olaraq şər kimi görünən bir hadisəni möminlərin təslimiyyəti müəyyən olduqdan dərhal sonra çox böyük bir xeyirə çevirmişdir.
    Bu mövzudakı digər bir nümunə də Peyğəmbərimizlə (s.ə.v.) əlaqədardır:

    Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

    Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) içində olduğu çətin şəraitlərdə üstün bir təvəkkül göstərmiş və yanındakı yoldaşını da Allaha təslimiyyətə dəvət etmişdir. Kamil iman sahibləri də özlərinə Quranda təriflənən peyğəmbərlərin əxlaqını nümunə götürərlər. Və bu yüksək əxlaqı göstərməyi hədəfləyərək başlarına gələn hər çətinlikdə belə deyərlər:

    … De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.