Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Elnarə

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Elnarə

    Müğənni Elnarə ana olacağı ilə bağlı səhnədə görünmür.
    Onun tamaşaçılar qarşısında sonuncu çıxışı Novruz bayramı münasibətilə Milli Parkda keçirilən tədbirdə baş tutub. Analıq məzuniyyətindən sonra efirə çıxmağa hazırlaşan müğənni bildirdi ki, o, tamam fərqli repertuarla, fərqli görünüşlə tamaşaçılarının görüşünə gələcək. Belə ki, o, səhnədə yaratdığı şıltaqlıqlara artıq son qoyacaq: "Səhnədə özümü ağır, xanım-xatın, ailəli qadın kimi aparacağam. Artıq o şıltaqlıqlar mənə yaraşmaz". Müğənni qeyd etdi ki, düzdür, o ritmik mahnılar ifa edəcək, amma bundan sonra səhnədə nə dinamik hərəkətlərlə çıxış edəcək, nə də oynayacaq. Onun yaradıcılıq işlərinə gəlincə isə müğənni söylədi ki, vaxtilə fəaliyyət göstərdiyi "W-trio" qrupunun digər üzvü tanınmış müğənni Röya ilə birgə mahnı ərsəyə gətiriblər. Bu mahnını onlar duet şəklində ifa edəcəklər. Eyni zamanda müğənnilər bu mahnıya klip çəkdirməyi də planlaşdırırlar. Mahnının musiqisi İsa Məlikova, sözləri isə Elnarənin özünə məxsusdur. Mahnının mövzusu hər iki müğənninin keçdiyi həyat yollarından bəhs edir. Müğənni həm də neçə illərdir Röya ilə rəfiqəlik etdiyini də gizlətmədi. Bundan başqa, Elnarə yeni oranjimanda ifa etdiyi "Leyla" xalq mahnısına klip çəkdirir.
    Klipin bir hissəsi müğənni hamiləikən artıq çəkilib, qalan hissəsinə isə gələn aydan dünyaya gələcək yeni övladı çəkiləcək.
    Qeyd edək ki, ərsəyə gələn bu klipə Elnarənin toyundan kadrlar da əlavə olunacaq.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.