Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kibrit çöpləri və yaradılan əsərlər

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Kibrit çöpləri və yaradılan əsərlər


    Mən kibrit çöplərini insanların həyatlarına bənzədirəm.

    Kibrit qutusu insanın yaşadığı cəmiyyəti ifadə edir...
    Bəzi kibrit çöpləri vardır bir məqsəd üçün yanarlar, kimi bir siqaret yandırar,
    kimi bir ocaq, kimi boş yerə yanıb tükənər heç bir işə yaramadan. Kimi
    isə bir meşənii, bir evi, böyük bir sahəni yandırar kül edər, özüylə
    birlikdə.

    Kibrit qutusunu açıb baxdığınızda hamısı eyni kimi görünsə də bir-birindən
    fərqli kibrit çöpləri vardır.
    Bəziləri yana bilməyəcək qədər incədir götürərkən qırılar zənn edərsiniz amma
    bilərsinizmi ən yaxşı onlar yanar. Bəziləri də çox qalın. Zənn edərsiniz ki
    yanınca yer göy yanacaq amma yaxından baxarsınız
    özünü belə yandıra bilməz. Yalnız ucundakı kimyəvi maddə alov belə götürmədən
    qaralar gedər.

    Kimiləri əyri müyrüdür amma yenə də bir kibrit çöpündən
    gözlənilən funksiyaları əskiksiz yerinə yetirərlər.
    Hər vaxt ən üstdəki kibrit çöpləri əvvəlcə yanar.insan həyatı da bu
    kibrit çöplərinə bənzər, insanlar vardır özündən gözlənililəni
    əsla yerinə yetirə bilməzlər, qalın kibrit çöpü kimi öz özlərini yox edər
    gedərlər,

    İnsanlar vardır bir lampanın fitilini yandırarlar özləri yox olub getsə
    də işığı qalar.
    Əyri və qırıq kibrit çöpləri kimi şikəst insanlar vardır aramızda yaşayan,
    onları
    şəkilləriylə deyil funksiyalarıyla qiymətləndirməliyik nəyi yandırdığına
    baxmalıyıq.

    Kibrit qutularını içində yaşanılan cəmiyyətə bənzətmişdim; yaş bir qutudakı
    kibriti istədiyin qədər özünü yor əsla yandıra bilməzsən demək ki içində qanunlanan cəmiyyət
    insan istəməsə də çox təsir edər. Bəzi kibrit çöpləri də tərs insanları
    ifadə edər
    bütün kibrit çöpləri eyni istiqamətə baxarkən onlar tam tərsinə baxar qutuda.
    Qutu açıldığında əvvəlcə onlar gözə dəyər və hər kəsdən əvvəl yanarlar.
    Tərslik başa bəladır.

    Bəzi kibrit çöpləri bir-birinə yapışmışdır diqqət
    etsəniz onlar da yaxın insanlar kimidirlər qardaş kimi biri yanınca
    digəri də yanar.
    Amma ən təhlükəlisi özü ilə birlikdə qutunu da yandıran kibrit çöpləridir.
    İçində olduqları cəmiyyəti çökdürərlər. Bəzi kibrit çöplərinin ucunda
    kimyəvi maddəsi yoxdur.
    Nə edirsə etsinlər yana bilməzlər. Cəmiyyətin içərisində ot kimi yaşar gedərlər.
    Cəmiyyət hara onlar oraya.

    Görəsən siz hansı növ Kibrit Çöpüsünüz heç maraqlandınızmı?



    Kibritdən hazırlanan əl işləri
























    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.