Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Mərhəmət edin ki, mərhəmət görəsiniz

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Mərhəmət edin ki, mərhəmət görəsiniz

    Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində bildirir ki, verən əl alan əldən üstündür. Başqa bir hədisi-şərifində isə Rəsulullah bildirmişdir ki, Oruc tutana iftar yeməyi verən elə onun özü qədər savab qazanır.

    Ramazanda müsəlmanlar gün boyunca yemək yemədikləri üçün istər-istəməz ailənin ehtiyacı xeyli azalmış olur. Amma elə olmasın ki, biz iftardan sonra gündüz yemədiklərimizin də “qisasını alaq”. Ümumiyyətlə, Ramazanda az yemək tövsiyə olunur və məsləhət görülür ki, varlının süfrəsindən artan ərzaq kasıbın süfrəsini bəzəsin. Bu da Ramazanın bir bərəkəti, bir hikmətidir. Oruc tutan zəngin adam kasıbın necə yaşadığını yaxşı anlayır.

    Xalq onda gözəl olur, onda bütöv olur ki, varlısı kasıbını, ağıllısı dəlisini düşünsün. Ramazan birlik, bütövlük üçün misilsiz məqamdır, gözəl fürsətdir. Ona görə də imkanı olan hər kəs bu ayda imkansız ailələrə yardım etsə, çox böyük şeylər qazanmış olur. Yazımızın əvvəlində bir hədisə əsaslanaraq demişdik ki, oruclunu qonaq eləmək böyük savabdır. İndi təsəvvür edin ki, həm özün oruc tutasan, həm də oruc tutan ailələrin iftar ərzağını vermiş olasan. Heç olmasa bu ayda imkansızların ehtiyacını ödəmək, ehtiyac sahiblərinə əl tutmaq unudulmasın ki, bəlkə Allah-Təala bu ayın hörmətinə mərhəmətini, şəfqətini bizə daha da artıra. Dilimizin duaya, əlimizin əldən tutmağa ehtiyacı var. İsrafın qarşısını alsaq, süfrəmizdə neçə oruclunu doyura bilərik.

    Qəlbinizi geniş açın. İnsana sevgi ilə, mərhəmət hissi ilə yaxınlaşın. Göz yaşlarını qurudun, nisgilli ürəklərə təsəlli olun. Unutmayın ki, sabah bizim də körpələrimiz, oğul-uşağımız, nəvə-nəticələrimiz bir qarın çörək üçün zibil eşəliyə, kiminsə qapısını döyüb əl aça bilərlər. O günü təsəvvürünüzə gətirin, o duyğuları yaşamağa çalışın. Özünüzü ehtiyac sahibinin yerinə qoyun. Arxaya yığdıqlarınıza və gündəlik ehtiyacla boğulan insanlara baxın. Əldən tutun ki, əlinizdən tutulsun. Mərhəmət göstərin ki, mərhəmət görəsiniz.

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Mərhəmət edin ki, mərhəmət görəsiniz


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Mərhəmət edin ki, mərhəmət görəsiniz

    İndiki zamanda nə qədər yaxşiliq edirsənsə əvəzində pislikdən başqa heç nə görmürsən..Rus demişkən ne delay dobro ,ne poluçiş zlo

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Mərhəmət edin ki, mərhəmət görəsiniz

    Qəlbinizi geniş açın. İnsana sevgi ilə, mərhəmət hissi ilə yaxınlaşın. Göz yaşlarını qurudun, nisgilli ürəklərə təsəlli olun. Unutmayın ki, sabah bizim də körpələrimiz, oğul-uşağımız, nəvə-nəticələrimiz bir qarın çörək üçün zibil eşəliyə, kiminsə qapısını döyüb əl aça bilərlər. O günü təsəvvürünüzə gətirin, o duyğuları yaşamağa çalışın. Özünüzü ehtiyac sahibinin yerinə qoyun. Arxaya yığdıqlarınıza və gündəlik ehtiyacla boğulan insanlara baxın. Əldən tutun ki, əlinizdən tutulsun. Mərhəmət göstərin ki, mərhəmət görəsiniz.

    tesekkurler

  5. #5
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Mərhəmət edin ki, mərhəmət görəsiniz

    Indiki zamanda merhemet edeni de vurub ezirler.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.