Tərbiyə insan həyatında həllədici amillərdəndir, xüsusilə də özünütərbiyə.![]()
Heç kəs yıxılmaqdan, əzilməkdən, zərərdən, günahdan sığortalanmayıb.![]()
son nəfəsə qədər mübarizədir bu dünya,![]()
DEDIKLERINE HER BIR INSAN EMEL ETSE HEQIQETENDE O YAXSI ADAM OLAR . DUSUNDURUCU BIR MOVZU TESEKKURLER
2 sonuçtan 1 ile 2 arası
-
08-15-2010, 11:59 PM #1
Hər gün yenidən doğulmaq, hər axşam bir daha ölmək
Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir. Amma hesab edirik ki, birisi yaxşi insan olmağı qarşısına gündəlik vəzifə kimi qoysa, istədiyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, bu gün yalan danışmayacaqsınız və nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdiş halına gətirirsiniz, möhkəmlənirsiniz, mənən yüksəlirsiniz.
Nə zamansa yaşadığınız bir hadisəni göz önünə gətirin: birisi sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni söyləyir, bəlkə təhqir də edir. Amma siz haqlı olduğunuz halda ona cavab qaytarmırsınız, dilinizə pis sözlər gətirmirsiniz, sadəcə onun həqiqətləri bilmədiyini, sizin bu məsələdə hər hansı təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın bir azca vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcək.
Yaxşılıq etməkdən yorulmamaq, əzab-əziyyəti unuda bilmək üçün hər günü bir ömür kimi yaşamağı, hər səhər yenidən doğulmuş kimi oyanmağı, hər axşam məzara girirmiş kimi yerinə girməyi öyrənmək lazımdır. Tərbiyə insan həyatında həllədici amillərdəndir, xüsusilə də özünütərbiyə. Həm də özünü tərbiyə edə bilənlərin başqalarını tərbiyə eləməsi daha asan olur.
Hər günü yaxşı adam kimi başlamaq və yaxşı adam kimi də başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, küləklərin qarşısında əlində futbol topu saxlamaq kimidir. Bir an unutdunsa, əlindən qaçırdığın top dərənin dibinə qədər gedəcək və sənin əvvəlki vəziyyətinə dönə bilmən üçün nə qədər zaman və güc sərf etmən lazım gələcək. Bəli, həyat dediyin budur. Heç kəs yıxılmaqdan, əzilməkdən, zərərdən, günahdan sığortalanmayıb. Ona görə də son günə, son ana, son nəfəsə qədər mübarizədir bu dünya, istəsən də, istəməsən də...
ZamanDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
08-16-2010, 12:07 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Hər gün yenidən doğulmaq, hər axşam bir daha ölmək


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri