Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Əfsanəvi qrup Boney M Bakıda konsert verəcək

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Əfsanəvi qrup Boney M Bakıda konsert verəcək

    “Boney M” qrupu bakılı pərəstişkarları ilə görüşəcək.

    Avqust ayının 28-də Bakıda 80-ci illərin məşhur “Boney M” qrupunun konserti olacaq. Təşkilatçıların Milli.Az xəbər portalına verdiyi məlumata görə, qrup konsertdə əsas hitləri ilə yanaşı, yeni mahnılarını da ifa edəcək. Məlumata görə, qrupun paytaxtımıza tam heyətlə gələcəyi gözlənilir. Konsert “Studio 2 night club & resort” klubunda baş tutacaq.

    Məlumat üçün bildirək ki, “Boney M” qrupu 1974-cü ildə Almaniyada prodüser Frenk Farian yaradıb. Qrup 4 ifaçıdan - Bobbi Farrel, Liz Mitçel, Marsia Barret və Klaudia Berridən ibarətdir. Karyeraları ərzində qrupun “Ma Baker”, “Felicidad”, “Rasputin”, “Daddy Cool”, “Sunny” və “Holiday” kimi hitləri olub. 1986-ci ildə qrupun dağıldığı açıqlansa da, 89-cu ilə kimi onlar bir yerdə çıxış edirdilər. 2007-ci ildə isə qrup üzvləri yenidən bir araya gələrək, pərəstişkarlarını sevindirdilər.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.