Əsas məzmuna keç
4 sonuçtan 1 ile 4 arası

Peyğəmbərlərin əsas hədəfi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Peyğəmbərlərin əsas hədəfi

    Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhuna pərvəriş verməkdir. Allah – Təala Qurani – Kərimdə buyurub: “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali İmran surəsi, 164 – cü ayə).

    Insanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud, xoşbəxtliyi öz şəxsiyyətinin necə formalaşdırmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması onun müqəddəratını həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, nəfsin təmizlənməsi pərvəriş edib təkminləşdirilməsini insanlara öyrətsinlər. Bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən, heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər.
    Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, üzdəniraq əxlaqı tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda kömək etmək, oları İlahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər.
    Peyğəmbəri – Əkrəm (s.ə.v.v) buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm. Allah məni həmin məqsədlə göndərmişdir.”

    Başqa bir hədisdə buyurur: “Mən gözəl əxlaqı tamamlamaqdan ötrü gödərilmişəm.”

    Imam Məhəmməd Baqir (ə) buyurub: “Möminlərin iman cəhətindən ən kamili o kəsdir ki, onun əxlaqı gözəl olsun.”

    Əmirəl – möminin Əliyyibni Əbitalib (ə) buyurub: “Əgər behiştə ümidvar olmamağımızı və cəhənnəm odundan qorxmamağımızı, savaba və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə, yenə də gözəl əxlaqın axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki gözəl əxlaq qələbə və səadət yoludur.”

    Bir nəfər Peyğəmbəri – Əkrəmin (s.ə.v.v.) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, din nədir?” Peyğəmbəri – Əkrəm (s.ə.v.v.) buyurdu: “Gözəl əxlaq.” O kişi gedib Peyğəmbəri – Əkrəmin (s.ə.v.v.) sağ tərəfindən qayıtdı və soruşdu: “Din nədir?” Peyğəmbəri – Əkrəm (s.ə.v.v.) buyurdu: “Gözəl əxlaq.” Kişi yenidən gedib onun sol tərəfidə durub soruşdu: “Din nədir?” Peyğəmbəri – Əkrəm (s.ə.v.v.) buyurdu: “Gözəl əxlaq.” Sonra onun arxasında dayanıb soruşdu: “Din nədir?” Peyğəmbəri – Əkrəm (s.ə.v.v.) ona baxıb buyurdu: “Başa düşmürsənmi? Din bundan ibarətdir ki, qəzəblənməyəsən.”

    Namazın vacib, onun tərk edilməsini isə haram olub ağır cəzası olduğu kimi, əhdə vəfa etmək də eynilə vacib, əhdə vəfasız çıxmaq isə haramdır və onun cəzası vardır. Həqiqi və xoşbəxt dindar o kəsdir ki, həm dini vəzifə və hökmlər qarşısında vəfadar olsun, həm də əxlaqi məsələlərə diqqət yetirsin.


    PS. Allah bizim əxlaqımızı çirkablardan qorusun inşAllah. Günahlarımızı bağışlasın və bizi təvbə edən səhabələrindən etsin inşAllah.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Peyğəmbərlərin əsas hədəfi


    PS. Allah bizim əxlaqımızı çirkablardan qorusun inşAllah. Günahlarımızı bağışlasın və bizi təvbə edən səhabələrindən etsin inşAllah.[/b][/color]
    amin!
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Peyğəmbərlərin əsas hədəfi

    Nefsine hakim kesile bilmeyen insan qatil de, cinayetkar da, exlaqsız da, terbiyesiz de, qururunu itirmish de, bir sozle insanlıqdan uzaq biri ola biler.
    Allah nefsimizi qorumaqda bize komek olsun.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Peyğəmbərlərin əsas hədəfi

    Alıntı sus-qun Nickli Üyeden Alıntı
    Nefsine hakim kesile bilmeyen insan qatil de, cinayetkar da, exlaqsız da, terbiyesiz de, qururunu itirmish de, bir sozle insanlıqdan uzaq biri ola biler.
    Allah nefsimizi qorumaqda bize komek olsun.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.