Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ölüm Hər an Yanımızda

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    RUS
    Mesajlar
    156

    Ölüm Hər an Yanımızda

    Yaşadığımız hər dəqiqə, ömürdən keçən hər saniyə bizi ölümə bir addım daha yaxınlaşdırır.O dəhşətli gün, məhşər və hesab bizləri gözləyir.Allah təalə hüzurunda hesab verəcəyik.Qaçacağımız bir yer yoxdur.Allah təalənin mülkündən başqa gedəcəyimiz yer də yoxdur.

    Yaxşı bəs biz nəyi düşünürük? Nəyə bu qədər arxayınıq? Yoxsa bu dünyada əbədi qalacağımızı düşünürük?

    Dünyada yaşayaraq dünya mülkünün, dünya nemətinin ardınca qaçırıq.Və bilin ki, biz nə qədər bu fani nemət ardınca qaçacayıqsa, əbədi nemət də bizdən bir o qədər qaçacaqdır.
    Bu dünya sonu zəhər olan bala bənzəyir. Onun üçün atdığımız hər addımı-Axirəti düşünərək atmalıyıq.Allah təalə Qurani-Kərimdə buyurur:
    -Mallarınız və övladlarınız sizin üçün bir imtahandır!
    Malımızı necə qazandığımızdan,hara xərclədiyimizdən, uşaqlarımızı necə böyütdüyümüzdən, vaxtımızı nəyə sərf etdiyimizdən xəbərdarıqmı?
    Halbuki, Allah təalə bunlardan xəbərdardır və bizdən bunların hesabını alacaq.
    Allahı (subhənəhu təalə) tanımaqdan,ona ibadət etməkdən ötrü gəldiyimiz bu dünyada Onun zikrindən necə də uzağıq.
    Gün ərzində nə qədər Allahı xatırlayırıq? Etdiyimız əməllərin neçə faizini sırf Allah rzası üçün edirik? Bunu düşünürükmü?
    Allah təalə Qurani-Kərimdə Onu xatırlamaq üçün namaz qılmamızı əmr edir.Yaxşı, bəs namaz qılarkən, Allahı xatırlayırıqmı? Yəni, xüşu ilə namaz qıla bilirikmi? Yoxsa adi vaxt kifayət etmir deyib, namazda da dünya mənfəətini düşünürük?
    Düzdür, dünya problemləri də az deyildir.Lakin əsl həyat Axirət həyatı olduğu üçün ona daha çox əhəmiyyət verməliyik.Ölmədən əvvəl ölməli, hesaba çəkilmədən əvvəl özümüzü hesaba çəkməliyik.



    Onun üçün hər an ölümü düşünməliyik.Çünki ölümü xatırlamaq insana həm məqsədini xatırladır, həm də onu gündəlik dünya problemləri içində batmaqdan qoruyur.
    Ölümü xatırlamamağın səbəbi onunla qarşılamaşma qorxusundan irəli gəlir.Halbuki, “qorxunun əcələ faydası yoxdur.” Çünki Allahu təalə Qurani-Kərimdə buyurur:
    -Hər bir nəfs ölümü dadacaqdır! (Ənkəbut,57)
    Ölümü düşünməkdən qorxanlar iki qismdir:-
    Birinci qism-dünyanın keçici zövqlərinə könül bağlayan, ürəyi istəyəni edən kəslərdir.Yəni, nəfsinə qul olanlar.Ölüm onlar üçün həyat kefinin sona çatması deməkdir.Məhz bu səbəbdən onlar ölümlə qarşılaşmaqdan qorxarlar.Bu kəslərin yanında ölümdən söhbət etdikdə onlar əsəbləşərlər.Qurani Kərimdə Allah təalə məhz bu kəslər üçün buyurur:
    -De ki: Qaçdığınız ölüm sizi mütləq tapacaqdır.Sonra siz görüləni və görülməyəni bilən Allaha tərəf çevriləcəksiniz.O isə sizə etdiklərinizi xəbər verəcəkdir! (Cümə,8)
    -Ölümlə qarşılaşmaqdan qorxan ikinci qism insanlar isə Axirət həyatına tədarük görməyən, hazırlıq edə bilməyən kəslərdir.Onlar Allaha qarşı çox üsyan etdiklərini düşünüb narahatlıq keçirərlər.



    Amma təbii ki, ölümü hər kəs kədərlə xatırlamır və ölümdən qaçmır.Həqiqətən də bu dünyada ölümünü sevənlər, onu fərəh hissi ilə xatırlayanlar mövcuddur.
    Yaxşı bəs bu kəslər kimdir?Onların bu fani dünyanı Axirətlərinə satan kimsələrdir.Onlar Rəbbələrini hər şeydən çox sevər və Ona qovuşmağa tələsərlər.Nəinki ölüm özü, hətta onu xatırlamaq belə bu mömin kəslərin simasında təbəssüm əmələ gətirər.Bu kəslər üçün ölüm anı-həsrətin,iztirabın sona çatdığı andır.



    Dinimiz ölümü tez-tez xatırlamağı əmr etmişdir.Necə ki, Rasulullah (sas) bir hədisində buyurur:
    -Qəbirləri ziyarət edin!Çünki bu insana ölümünü xatırladır! (Hakim)
    Ölümü xatırlamağın da bir çox faydaları var.Ən birinci ölümü xatırlamaq insanda fərdiyyətçilik hissinin,pis ehtirasların, depresiya hissinin yox olmasına bir vəsilədir.
    Rasulullah (sas) digər bir hədisində buyurur:
    -Zövqləri yox edən ölümü çox xatırlayın!
    Şeyx ul-İslam ibn Teymiyyə (rahiməhullah) buyurur:
    -İki şey mənə bu dünyadan zövq almağa imkan vermədi: Ölümü xatırlamaq və Allah təalənin hüzurunda necə duracağımı düşünmək!
    Ölümü xatırlamağın başqa bir faydası da ürəyin yumşalmasına səbəb olmasıdır.Rəvayət edilir ki, bir qadın sərt ürəkli olmasından Aişə (ra) anamıza şikayət edərkən Aişə (radıyəllahu anhə) belə cavab verir:
    -Ölümü çox xatırla ki, ürəyin yumşalsın!
    Bir gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) məscidə daxil olur və məsciddəkilərin qəhqəhə çəkib güldüklərini görür.Buyurur:
    -Bu halınız nədir belə? Vallahi ki, ağız dadını qaçıran ölümü çox xatırlasaydınız sizi bu halda görməzdim!

    Bəli...Onun üçün, ey möhtərəm müsəlman, ölümünü bir an belə unutma və daim ölümünə hazırlaş.Axı onun nə vaxt gələcəyini heç kəs bilməz..
    HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.