Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

İranda bayrağımız yandırıldı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    İranda bayrağımız yandırıldı

    DAK İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır

    Dünya Azərbaycanlıları Konqresi (DAK) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb.müraciətdə İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilməsinə icazə verilməsi istənilir. Müraciətdə İran hakimiyyətinin 40 milyona yaxın Güney Azərbaycan türkünə qarşı davamlı təzyiq siyasəti həyata keçirdiyi vurğulanır: “Aldığımız məlumata görə, son zamanlar azərbaycanlılara qarşı təqib və təzyiqlər şiddətlənib, öz milli hüquqlarını tələb edən minlərlə soydaşımız həbs olunub, hətta bəzilərinin harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, eyni zamanda hərəkatçılar müxtəlif üsullarla müəmmalı şəkildə qətlə yetirilir, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum ediliblər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilib. Bu azmış kimi, 18-19 fevral 2010-cu il tarixində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib. Piketdə diplomatik korpusumuza və üçrəngli bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilib. Belə ki, Azərbaycanın bayrağı yandırılıb, səfirlik isə yumurta atəşinə tutulub. Eyni zamanda Azərbaycan Respublikasının digər simvolları təhqir olunub”.

    Müraciətdə Dünya Azərbaycanlıları Konqresi və VHP-nin bütün bunlara etiraz əlaməti olaraq, fevralın 22-si saat 12.00-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında dinc aksiya keçirməyi planlaşdırdığını bildirib. Sənəddə piketə icazə vermək xahiş edilib.

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.