5 sonuçtan 1 ile 5 arası

Ramilin dostuna məktubu...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Ramilin dostuna məktubu...

    P.S. Məktub Ramil Səfərov tərəfindən kursant dostuna yazılmışdır. İnanıram ki, bu məktubla tanış olan hər bir kəs qəhrəman zabitimizin nə qədər millətsevər və vətənpərvər olduğunu anlayacaqdır.

    “Bu məktubu sənin 02.09.2008 tarixli məktubuna cavab olaraq yazıram. Minnətdaram ki, vaxt ayıraraq mənə məktub yazırsan. Biləsən ki, həbsxanada məktub almaq cox fərqli və gözəl duyğudur. Hal-hazirda məktublaşdığım sadəcə sən varsan və sənin bütün yazdıqların mənim ücün çox əhəmiyyətlidir. Çox sağol ki, olimpia oyunları ilə əlaqədar təfərrüatlı məlumat yazmısan. İdmançılarımızın uğurları eyni zamanda Vətənimizin uğurudur. Azərbaycanımızın hərtərəfli inkişafına paralel olaraq idman sahəsindəki uğurlarımız da İnşallah artaraq inkişaf edəcəkdi. Mövcud imkanlarımız (insan resursumuz, iqtisadi gücümüz,te’bii sərvətlərimiz, insanlarımızın çalışqanlığı və ölkənin savadlılıq səviyyəsi..) sadəcə idman sahəsində deyil bütün sahələrdə yaxın gələcəkdə böyük dəyişikliklərin olacağını göstərir. Yetər ki, özümüzə inamımız olsun.
    Xalqımız həqiqətən də çox faciəli,dəhşətli,qaranlıq günlər yaşadı. Bəzən 90-ci illərin əvvəllərini düşünəndə ürpənirəm.Metroda insanları tək tək müşahidə edirdim,hamısı yaşlı,qoca,qadın,uşaq,dərdli üzlər,qara paltarlar,əsəbi baxışlar,ümidsizlik etimadsızlıq,yiyəsizlik!! Dəfələrlə hönkürüb ağladığımı xatırlayıram yuxarıda saydığım mənzərələrlə qarşılaşdıqca..Həmişə fikirləşirdim ki, görəsən biz də nə vaxtsa normal dövlət olacayıqmı? Yaxşı ki bizi bu vəziyyətdən çıxaran bir nəfər tapıldı, yoxsa hər halda biz də bəzi ölkəlrdə olduğu kimi hələ də bir birimizin qanını axıdırdıq. Əlbətdə ki ölkəmizdə bu gün də bəzi neqativ hallar mövcuddur. Amma yuxarıda bəhs etdiyim şəraiti nəzərə alsaq və gənc dövlət olduğumuzu düşünsək bunların həll edilməyəcək böyük problemlər olmadığını görərərik. Belə ki, analoji problemlər əksər post sovet respublikalarında mövcuddur. Eyni zamanda ölkəmizin 20% torpaqlarının işğal altinda oldugunu düşünsək və buna baxmayaraq digərlərindən daha da sürətlə inkişafımız gələcəyin daha parlaq olacağından xəbər verir. Çox sevindirici haldır ki, artıq Azərbaycanımız yardıma möhtac olan dövlət yox, yardım edən donor ölkəyə çevrilib.
    Bu arada düşmən qonşumuz 15 il əvvəl nə idisə elə indi də odur. Onlar indi də başqalarının qəpik quruşuna möhtacdı. Hətta o səviyyəyə çatıb ki, özlərinin tarixi düşməni olaraq qəbul etdikləri Türkiyə də möhtac vəziyyətə düşüblər. Münaqişə siyasi, iqtisadi və hərbi yolla həll olunacaq. Beynəlxalq arenada siyasi gücümüzün artdığı açıq aşkar ortada. Geriyə qalır canlı qüvvə. Bax bunu hec bir güc kənardan balanslaşdıra bilməz. Yəni iş bu mərhələdə bizə düşür. Vətənpərvərlik, nizam-intizam, tələbkarlıq, savad, döyüş hazırlığı, özünə inam-hansı tərəfdə bunlar üstünlük təşkil edərsə o tərəf iradəsini qarşısındakına qəbul etdirər. Məhz buna görə biz zabitlər cox çalışmalıyıq. Çünki bu millət bizim nəslin çiyninə çox ağır tarixi məsuliyyət qoyub. Allah bizi utandırmasın!!!.. bu qədər ağır məsuliyyətin altında şəxsi mənfəəttlərimizi düşünmək bu millətə xəyanət kimidir.
    Bəzən mənə sual edirlər: ”Bu qədər təhsil aldiqdan sonra necə oldu ki öz həyatını puç etdin?” bu suala cavab vermək istəsəm də, sonradan vaz kecirəm. Çünki məni anlamazlar,hiss etməzlər və boşuna anlatmiş olaram. Bu arada həbsxananın necə olduğunu soruşursan.Şərtlər və şərait asan deyil. İnsanın pisxoloji və fiziki baxımdan güclü olması lazımdı. Bu bir az da insanların hadisələrə hansı bucaqdan baxması ilə əlaqədardır. Məncə hər işdə bir xeyir var və bu xeyiri əldə etmək üçün harda olmağından asılı olmayaraq çalışmalı və əsla ümidsizliyə qapanmamalısan.
    Növbəti məktublarda əlimdən gələn qədər sənə qarşılaşacağın çətinliklərlə əlaqədar öz həyatımdan misallar çəkərək məlumat verəcəm. Bir azdan sahurun vaxtıdır.Hər halda məktubun qarışıqlığından və səhvlərdən məktubu gecə yazdığımı anlamısan.Gecən xeyrə əzizim..
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ramilin dostuna məktubu...

    Ruslar kənara dursualar onlar qacmaga deşik axtarar.
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Ramilin dostuna məktubu...

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Ruslar kənara dursualar onlar qacmaga deşik axtarar.
    ruc deme bezilerinin acigina geder

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ramilin dostuna məktubu...

    Teki qayitsin Qarabag sonra o inciyenin konulerini qelbini alariq
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Ramilin dostuna məktubu...

    Teki

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.