Türkiyənin "Gümüş" dizisinin ərəb versiyasında "Muhammet" obrazından sonra məşhurlaşan türkiyəli aktyor Kıvanc Tatlıtuğ sıx-sıx ərəb şeyxlərinin özəl mərasimlərinə qatılır.

Türk mətbuatının yazdığına görə, bu məclislərə Kıvanc qonorar qarşılığında gedir. O, özəl yemək dəvətinə 200 min, festivallara 100 min dollara qatılır. Vestel Ortadoğudakı TV kanalları üçün 2 milyon dollarlıq reklam danışıqlarında iştirak edən aktyor serial çəkilişlərindən qalan digər vaxtını bu kimi təklifləri dəyərləndirməklə keçirir.

Dubay və Səudiyyə Ərəbistanı şeyxlərinin yemək dəvətlərinə özəl təyyarə ilə qatılan Kıvanc Tatlıtuğ bu günlərdə Dubaydakı Ortadoğu Film Festivalında Çharlize Theron və Niçholas Cahedən daha çox diqqət görərək alqışlanıb.

Xəbərdə qeyd olunur ki, Kıvanc məşhurluğu və qazancı ilə Hollivudun məşhur aktyoru Bred Pittdən daha yüksəkdə göstərilir.

Xatırladaq ki, hazırda aktyor Türkiyənin "Ay yapım" şirkətinin istehsalı olan "Aşkı-memnu"da əsas rollardan birini paylaşır.