Xeyli müddətdir səhnədən uzaqlaşan Günel Məhərrəmova yeni bir mahnı ilə geri qayıdır. “Ruhum sənlə” adlı yeni mahnısının sözləri və musiqisi Tunar Rəhmanoğluna aiddir. Publika.az-ın verdiyi məlumata görə mahnıya tezliklə ekran həyatı veriləcək. Klipin rejissoru isə elə Günel Məhərrəmova özü olacaq. Müğənninin prodüseri Səbuhi Arifin dediyinə görə : “Yeniliklər boldur. Yeni duetlər hazırlanır. Həllini gözləmədən, hamısından danışmaq istəmirəm. Günel xanım xalq və retro mahnıları yeni aranjimanda dinlətmək istəyindədir. Hazırlıqlar davam edir”.
Hal-hazırda show.az yeni mahnını sizə təqdim edir.