"Solo konsertimi keçirmək işində mənə imkanlı şəxslər dəstək olmalıdır".
Çoxdandır səs-sorağı gəlməyən xalq artisti Aybəniz Haşımova maliyyə problemləri ilə üzləşib. Daha dəqiq söyləsək, müğənni Bakıda solo konsert keçirməyə pul tapmır.
A.Haşımova bizimlə söhbətində imkanlı şəxslərin ona yardım göstərəcəkləri təqdirdə konsert verə biləcəyini söylədi: “Bu işdə mənə imkanlı şəxslər dəstək olmalıdır. Əgər hər hansı təşkilatçı bunun müştərək layihə şəklində ərsəyə gətirilməsi üçün təklif versə, yaxın aylarda Bakıda konsert verə bilərəm. Əslində solo konsert təşkil etmək yüksək məbləğdə maliyyə vəsaiti tələb edir. Mənim maliyyə imkanlarım isə buna imkan vermir”. Aybəniz xanım öz bacısı, xalq artisti Şahnaz Haşımovanın həyat və yaradıcılığı haqda “Kəsmə şikəstə” adlı sənədli film çəkdiyini dilə gətirdi və bu ekran əsərinin yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcəyini dedi.