Milli.Az xəbər portalının məlumatına görə, məhz bu məqamda «Trend Life» geridə qalan telemövsümün ən yaxşı prodüserlərini müəyyənləşdirib. İlk yeri İsa Məlikov tutub.

Xatırladaq ki, məhz onun yeni layihəsi nəticəsində Nigar Camal «Eurovision»un milli seçim turunun qalibi olub. Nəticədə heç kimin tanımadığı evdar xanım olan Nigar, Eldar Qasımovla birlikdə Azərbaycana «Eurovision-2011» mahnı müsabiqəsində qalibiyyət gətirib.

Reytinqdə yer almış digər prodüserlər Vüqar Əliyev, Kemal Cenk İçten, Pərviz Oqtayoğlu, Müşfiq Abbasov, Tahir İmanov, Murad Dadaşov, Əminə Əhmədova, Anar və Elnur Mədətovlar və Pərviz Əsgərovdur.