2 sonuçtan 1 ile 2 arası

Brilyant Dadaşova boşanır?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Brilyant Dadaşova boşanır?



    Brilyant Dadaşova 27 illik ailə həyatına son qoymaq fikrinə düşüb.

    Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, Azərbaycanın xalq artisti Brilyant Dadaşova 27 ildən də artıq davam edən ailə həyatından sonra boşanmaq fikrinə düşüb. Müğənni hələ Novruz bayramından əvvəl Səbayil rayon məhkəməsinə ərizə ilə müraciət edib.

    Onun həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə münaqişələr və mübahisələrdə olduğu bildirilir. Sən demə, Brilyant Dadaşovanın Türkiyəyə tez-tez səfər etməsinin də səbəbi bu imiş. Brilyant xanım həyat yoldaşı ilə hər mübahisədən sonra Türkiyədə tənhalıqda özünə gəlirmiş.

    Onun səbr kasasını dolduran son damla isə 8 Martda ərinin ona heç bir diqqət göstərməməsi, hədiyyə verməməsi və hətta şəhər kənarındakı bağa yollanmasıdır.

    "Boşanmaqla bağlı məndən heç bir məlumat almayacaqsınız. Yaxşı olar ki, vəkilimə müraciət edəsiniz. Ərimin mənə diqqətsizliyinə gəldikdə isə, bəli, bu, doğrudur. Lakin tək mənim belə vəziyyətdə olduğumu düşünmürəm", - B.Dadaşova dedi.

    Day.Az xəbər verir ki, hazırda ağır depressiyada olan müğənni Türkiyədədir.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Brilyant Dadaşova boşanır?

    müğennilerin hansinin heyati var ki??? beyem Brilyant evli idi??? kağız üzerinde vessalam indi niye aleme ses salib boşanmiş kimi bi şey idi de
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.