Bir müddətdir ki, efirlərdə az-az görünən müğənni Arzum yeni layihələr üzərində çalışdığını bildirib. Sənətçi bu yaxınlarda yeni proyektini təqdim etməyə hazırlaşır. İlk olaraq isə müğənni yeni klipini təqdim edəcək. Sözügedən ekran əsəri özünün musiqi müəllifi olduğu “Milyonların arzusu” mahnısına çəkilib. Artıq çəkilişləri bitən klipdə sənətçi fərqli tərəf müqabili ilə görünəcək. Arzum hamının marağına səbəb olan bu şəxsin kimliyini qəti şəkildə sirr saxlayıb. show-biznes.az