Nar ağacının kökü, gövdəsi və qabıqları nişasta, qatran və bəzi turşularla zəngindir. Meyvəsində isə meyvə şəkəri, dəmir, kalsium, fosfor mineralları, C və B1, B2 vitaminləri, maqnezium var.

Nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyini azaldır. Bu xüsusiyyətlərinə görə ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Nar dəri üçün də faydalıdır. Narın qabıqlarını çay kimi dəmləyib içdikdə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Hər gün nar suyu içmək bel nayihəsindəki yağların əriməsinə səbəb olur.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2 həftə ərzində gündə 50 milliqram nar suyu içdikdə təzyiqi artıran səbəblər 36 faiz azalır. 1 fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir. Narın tərkibində orqanizmi xərçəng xəstəliyindən mühafizə edən antioksidanlar var.

Şirin nar mədənin fəaliyyətini gücləndirir, turş nar isə mədədə olan yanma hissini aradan qaldırır.

Nar həm boğaz, həm də ağciyər üçün faydalıdır, öskürəyi kəsmək qabiliyyətinə malikdir.

Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar çəyirdəyinin balla birlikdə qarışdırılmasından alınan məlhəmdən istifadə etmək məsləhət görülür.

Ürəyin ən gözəl dərmanı 1 stəkan nar suyu hesab olunur.

Nar suyu orqanları gücləndirir. Gözün ağındakı sarılığı aradan götürmək üçün narın şirəsini azca bal ilə qarışdırıb məlhəm olanadək bişirir və bu məlhəm gözə sürmə kimi çəkilir. Diş ətinin iltihabı və diş çürüməsi zamanı narın suyundan istifadə etmək olar.

Deyirlər, hər il 3 narın çiçəyini yeyən göz ağrısından qorunmuş olur...

Nar suyu qanartırıcı, enerjiverici xassəyə malikdir.
Zaman